Qeydiyyat    Giriş
Sayta giriş
» » » Əri ilə yola getməyən xanımlar daha diqqətlə oxusun....
Kişi və qadın münasibətləri / Ölkə xəbərləri

Əri ilə yola getməyən xanımlar daha diqqətlə oxusun....



Əri ilə yola getməyən xanımlar daha diqqətlə oxusun....

Əri ilə yola getməyən xanımlar daha diqqətlə
oxusun....
Ərinin məhəbbətini itirmiş qadın ariflərdən birinin
yanına gəlib deyir: “Xahiş edirəm mənə elə bir dua yaz
ki, ərim əvvəlki kimi məni sevsin, qayğıma qalsın və
məndən başqasını sevməsin”.
Arif insan qadını heç nə ilə razı sala bilməyəcəyini
görüb deyir: “Yaxşı, dediyini edərəm. Amma duanın
daha tez təsir göstərməsi üçün mənə elə bir şey lazım
olacaq ki, sən onu çətin əldə edə biləsən”. Qadın deyir:
“Yetər ki, siz duanı yazın, nə istəsəniz mən onu sizin
ixtiyarınıza qoyaram”. Arif insan deyir: “Elə isə diri
erkək şirin yalından bir sıxım mənim üçün gətir, mən
də duanı yazım”. Qadın təəccüblə deyir: “Diri şirin
yalını mən necə əldə edə bilərəm axı?! Tapa bilsəm
yalnız ölü şirin dərisini belə tapıb gətirə bilərəm”. Arif
insan yalnız diri şirin yalı lazım olduğuna israr edir.
Qadın çarəsiz qalıb buna razı olur. Şəhərin ən məşhur
ovçularının yanına gedib onlardan bunu necə əldə edə
bilməsi barədə məsləhətləşir. Ovçulardan biri deyir:
“Bunu yalnız şirlər tox olduqları zaman edə bilərsən.
Amma onlar insanı özlərinə yaxın buraxmazlar”. Qadın
buna da razı olur və qəssabdan bir qədər ət alıb
onların dolandıqları yerə gedir. Hər gün şirlərdən birini
doyana qədər yedirdir və beləcə özünə alışdıra bilir.
Günbəgün onlar bir-birinə yaxınlaşır, yaxın dostlara
çevrilirlər. Nəhayət günlərin birində qadın özündə
cəsarət tapıb şirə yaxınlaşır və onun yalından bir sıxım
kəsir. Tez oradan uzaqlaşıb Arif şəxsin yanına gələrək
deyir: “Şükür Allaha, istədiyini əldə edə bildim”. Arif
şəxs ondan buna necə nail olduğunu soruşur, qadın
hər şeyi olduğu kimi ona nəql edir. Arif şəxs
gülümsəyərək qadına deyir: “Ərinin yanına qayıt, şirlə
necə rəftar etdinsə, onunla da eləcə rəftar et. Necə
olsa o, şir qədər təhlükəli deyil, qorxma ondan, o səni
parçalayan deyil”



loading...
Müəllif: narmin  28-06-2017, 15:12   Baxılıb: 1 383   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.