Qeydiyyat    Giriş
Sayta giriş
» » » Boğaz ağrısı zamanı sınanmış təbii vasitələr…
Sağlam ailə / Kişi və qadın münasibətləri

Boğaz ağrısı zamanı sınanmış təbii vasitələr…



Boğaz ağrısı zamanı sınanmış təbii vasitələr…


Boğaz ağrısının səbəbləri müxtəlif ola bilər. Ən yayılmış səbəblər arasında – virus və bakterial infeksiyalarıdır.

Bakterial infeksiyaları (angina) mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır və aşağıda sadaladığımız vasitələr yalnız antibiotiklərlə yanaşı olaraq köməkçi vasitələr kimi istifadə oluna bilər. Diqqət! Düzgün müalicə olunmamış və ya müalicəsiz buraxılmış angina ağır fəsadların inkişafına (ürək, böyrək xəstəlikləri) səbəb ola bilər.

Virus infeksiyaları əksinə antibiotiklərlə müalicə olunmur ki, antibiotiklər viruslara deyil, bakteriyalara təsir edir.

Virus infeksiyası zamanı aşağıda qeyd etdiyimiz vasitələr müstəqil şəkildə istifadə oluna bilər.

Beləliklə, boğaz ağrısı zamanı ən sınanmış təbii vasitələr bunlardır:

1. Duzla qarqara. 1 stəkan ilıq suda yarım çay qaşığı duz əridin və bu məhlulla gündə bir neçə dəfə boğazınızı qarqara edin. Həmçinin sodadan da istifadə etmək olar – 1 stəkan su + 1 ç.q. soda.

2. Çobanyastığı dəmləməsi. 1 x.q. quru çobanyastığı 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində bir neçə dəfə qarqara üçün istifadə olunur.

3. Zəncəfil dəmləməsi. 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfili 1 stəkan isti suda 30 dəqiqə dəmləyin, süzün və qarqara üçün istifadə edin.

Bütün sadaladığımız vasitələr güclü antiseptik təsirə malikdir, ağrını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir və sağalmanı tezləşdirir.



Saglamolun.Az
loading...


loading...
Muəllif: narmin  14-12-2017, 12:53   Baxılıb: 381   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.