Qeydiyyat    Giriş
Sayta giriş
» » Çuğundur tozsoran kimi qaraciyəri təmizləyir! Bütün incəliklər…
Sağlam ailə / Xalq təbabəti

Çuğundur tozsoran kimi qaraciyəri təmizləyir! Bütün incəliklər…



Çuğundur tozsoran kimi qaraciyəri təmizləyir! Bütün incəliklər…


Qaraciyər orqanizmdə fermentlərin, zülalların və qlükozanın sintezinə görə cavab verir. Alkoqol, yağlı qidalar və hazır məhsullardan həddən artıq istifadə onun funksiyalarının pisləşməsinin əsas səbəbidir.
Əgər siz qabırğaların altında ağrı, ürək bulanması, başgicəllənmə, işthasızlıq hiss edirsinizsə, bu, qaraciyərdə piy yığılmasından xəbər verir.
Bu problemi həll etmək üçün ilk növbədə aşağıdakıları tətbiq etmək tövsiyə edilir:
Alkoqoldan uzaq durun;
Göyərti və yaşıl tərəvəzləri istifadə edin;
Meyvə yeyin;
Yağlı və qızardılmış qidalardan uzaq durun;
Həftədə üç dəfə məşq edin.
Qaraciyəri ev şəraitində təbii hazırlanan reseptlərlə də təmizləmək olar.
İnqrediyentlər:
½ fincan kişmiş;
1 ədəd limon şirəsi;
1 fincan doğranmış çuğundur suyu;
2 fincan su.
Hazırlanması:
Qazana suyu töküb qaynadın. Su qaynayanda çuğunduru və kişmişi əlavə edin. Qarışıq qaynayan kimi odu söndürüb qapağı örtün və soyuması üçün 50-60 dəqiqə gözləyin.
Soyumuş qarışığı blendrə töküb üzərinə təzə sıxılmış limonun şirəsini əlavə edin və yaxşı qarışdırın. Qaraciyəri təmizləyən təbii və effektiv içki hazırdır.
Bu içkini gündə 200 ml olmaqla 2 dəfə içmək tövsiyə edilir: bir dəfə səhər acqarına və ikinci dəfə - nahardan əvvəl. Müalicəni 7-10 gün davam edin, sonra 2 həftədə fasilə verib kursu uenidən təkrarlamaq olar.
1 stəkan təbii balı 1 stəkan çuğundur şirəsi ilə qarışdırın. Bu qarışıq hipertoniklərə (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) yaxşı kömək edir. Təzyiqi normaya salmaq üçün qarışıqdan yeməkdən əvvəl gündəlik qəbul etmək lazımdır.
Qanazlığı olanlara 3 xörək qaşığı çuğundur suyu ilə qarışdırılmış 1 stəkan alma şirəsi yaxşı təsir göstərir. Alma ilə çuğundur suyunu hər gün yeməkdən 20-30 dəqiqə əvvəl istifadə etmək tövsiyə edilir.
1 stəkan təmizlənmiş suyla eyni miqdarda təzə çuğundur şirəsini qarışdırın. Bu içkini xüsusilə klimaks dövründə, həmçinin menstruasiya dövrünün pozulmaları vaxtı qadınlara istifadə etmək məsləhət görülür.publika.az
loading...


loading...
Muəllif: narmin  16-10-2018, 10:26   Baxılıb: 2 699   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.