Qeydiyyat    Giriş
Sayta giriş
» » Ağciyər xərçəngi olanlar sağala bilərlər
Sağlam ailə

Ağciyər xərçəngi olanlar sağala bilərlər



Ağciyər xərçəngi olanlar sağala bilərlər


Böyük Britaniyada ağciyər xərçəngindən əziyyət çəkən xəstələr üçün yeni preparatın sınağı keçirilir. "The Telegraph" qəzetində yer alan məlumata görə, yeni preparat survivin adlanan zülalın bloklaşdırılması hesabına işləyir. Bu maddə xərçəng hüceyrələrinin böyüməsinə kömək edir və onların yayılmasının qarşısını alır.

SaqlamHeyat.az. deyerler.org-a istinadən bildirir ki, eksperiment çərçivəsində Oksford Universitetinin və Britaniyanın xərçəng xəstəliklərinin araşdırılması xeyriyyə fondunun mütəxəssisləri kimyaterapiya müalicəsi fayda verməyən xəstələri iki qrupa ayıracaqlar. Bir qrupa dosetaksel adlı preparar verəcəklər. İkinci qrupa isə dosetakseldən əlavə "LY2181308" adlı eksperimental dərman veriləcək.

Alimlər ümid edirlər ki, "LY2181308" xərçəng hüceyrələrini məhv edəcək və heç bir əks təsirə səbəb olmayacaq. "Əgər uğur əldə edilsə, yeni preparat ağciyər xərçəngi xəstələrinin sağalmaq ehtimalının yaranmasına və onların ömrünün uzanmasına kömək edə bilər".
loading...


loading...
Muəllif: narmin  24-10-2017, 20:48   Baxılıb: 481   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.