Qeydiyyat    Giriş
Sayta giriş
» » Saçları uzadan və parlaq edən maskalar
Sağlam ailə / Kosmetologiya

Saçları uzadan və parlaq edən maskalar



 


Küncüt yağı saç tellərini gücləndirir, saçı qidalandıraraq daha tez uzanmasını təmin edir. Vitamin, zülal və minerallarla zəngin olan küncüt yağı saç dərisi üçün də faydalıdır.

Saç uzadan maska:

Tərkibi:

1 xörək qaşığı küncüt yağı
2 ədəd bildirçin yumurtası
1 ədəd avokado

Hazırlanması və tətbiqi:

Avokadonu soyub əzin. İçinə yumurta və küncüt yağını əlavə edib qarışdırın. Maskanı çəkib saçın dib hissələrini masaj edin. 1 saat gözlədikdən sonra saçlarınızı təbii tərkibli şampunla yuyub təmizləyin. Maska 10 gündən bir çəkilməlidir.

Saçlara parlaqlıq verən maska:

Tərkibi:

1 xörək qaşığı küncüt yağı
1 çay qaşığı quru maya
1 xörək qaşığı rozmarin yağı
1 xörək qaşığı su
1 çay qaşığı alma sirkəsi

Hazırlanması və tətbiqi:

Siyahıdakıları qarışdırın. Əldə etdiyiniz maskanı çəkib yarım saat gözləyin. Saçınızı şampunla yuyub təmizləyin.

Bu maskadan həftədə bir dəfə istifadə edilməlidir.


loading...
Müəllif: Nermine Mahmudova  4-02-2016, 18:00   Baxılıb: 1 885   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.