Qeydiyyat    Giriş
Sayta giriş
» » 24 növ təbii qida vasitəsilə müalicə: HƏDİSLƏR İŞIĞINDA...
Sağlam ailə

24 növ təbii qida vasitəsilə müalicə: HƏDİSLƏR İŞIĞINDA...



24 növ təbii qida vasitəsilə müalicə: HƏDİSLƏR İŞIĞINDA...


Balla müalicə.

İmam Sadiq (ə) buyurur: “İnsanlar bal kimi heç bir şeylə müalicə olmamışlar”.
Əbul Həsən (ə) buyurur: “Heç bir xəstəlik, bal qədər şəfa və müalicə görməmişdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim hafizəsini gücləndirmək istəyirsə, bal yesin”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Ən yaxşı içəcək baldır, çünki mühafizdir və sinə soyuqluğunu aradan aparar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bal – hər bir xəstəliyin şəfasına səbəb olar”.

Südlə müalicə.

Əbülhəsən Əsbəhani nəql edir: “İmam Sadiqin (ə) yanında idim və Həzrətə (ə) dedilər: “Qurbanın olum, özümdə zəiflik hiss edirəm”. İmam (ə) buyurdu: “Süd iç. Çünki bədən ətinin inkişafına səbəb olar və sümükləri möhkəm edər””.
İmam Baqir (ə) buyurur: “Qara qoyunun südü qırmızı və qəhvəyi qoyunun südündən daha yaxşıdır. Qəhvəyi inəyin südü qırmızı inəyin südündən yaxşıdır”.

Zeytunla müalicə.

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “Zeytun yağı yeyin və bədəninizə sürtün ki, mübarək ağacdır””.
İmam Sadiq (ə) buyurur: “Zeytun bədənin yelini aradan aparar”.

Mərci və noxudla müalicə.

İmam Rza (ə) buyurur: “Noxud bel ağrısına qarşı çox faydalıdır”.
Əmirəl-möminin (ə) buyurur: “Mərci yemək qəlb riqqətə gətirər, göz yaşlarını axıdar”.

Pendirin faydaları və ziyanları.

Bir nəfər gündüz vaxtı İmam Sadiqdən (ə) pendirin faydası barəsində soruşur və Həzrət (ə) buyurur: “Xəstəlik gətirəndir və heç bir müalicəvi xüsusiyyəti yoxdur”.
Həmin şəxs axşam çağı Həzrətin (ə) evinə gedəndə İmam (ə) şam edirdi və süfrəsində pendiri görüb təəccüb edir. İmamdan (ə) soruşur: “Sizdən pendir barəsində soruşanda dediniz ki, xəstəlik gətirəndir. Amma indi görürəm ki, süfrənizdə pendir vardır”.
İmam (ə) buyurur: “Gündüz ziyanlıdır, ancaq gecə faydalıdır və yeli aradan aparmaq üçün xeyirlidir””.
İmam Sadiq (ə) buyurur: “Əgər pendir ilə qoz birlikdə olarsa, hər birinin müalicəvi faydası olar”.

Sirkə ilə müalicə.

İmam Sadiq (ə) buyurur: “Sirkə, ağılın güclənməsinə səbəb olar”.
İmam Sadiq (ə) buyurur: “Üzüm sirkəsi qarındakı canlıları həlak edər və ağızı möhkəmləndirər”.
Həzrət Sadiq (ə) buyurur: “Sirkə qəlbi nurani edər”.

Düyü ilə müalicə.

Xalid ibni Nəcih İmam Sadiqə (ə) ürək ağrısından şikayət edir. Həzrət (ə) buyurur: “Düyünü yu və sonra onu kölgədə qurut. Ondan sonra bir qədər döy. Hər gün ondan bacardığın qədərini ye”.
Həzrət Peyğəmbər (s) buyurur: “Dünya və axirət yeməklərinin sərvəri – düyü və ətdir”.

Lobya ilə müalicə.

İmam Sadiq (ə) buyurur: “Lobya yemək sümük ovulmasının qarşısını alar, beyni və qan istehsalını gücləndirər”.
Həzrət Sadiq (ə) buyurur: “Lobyanı qabığı ilə yeyin ki, mədənin güclənməsinə səbəb olar”.

Üzümlə müalicə.

İmam Sadiq (ə) buyurur: “Peyğəmbərlərdən (ə) biri Allaha qəm və qüssədən şikayət edir. Sübhan Allah ona əmr edir ki, üzüm yesin”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “O zaman ki, Nuhun (ə) tufan və yağışı sona çatır, ölən cəsədlər üzə çıxır, Həzrət Nuh (ə) bu mənzərəni müşahidə edir və çox qəmgin olur. Bu zaman Allah Təala ona vəhy edir ki, qara üzüm yesin ki, qəm və qüssəsi sona çatsın”.

Narla müalicə.

İmam Sadiq (ə) buyurur: “Hər kim bir dənə nar yeyər, vəsvəsə edən şeytanı 40 gün xəstə edər”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Elə nar yoxdur ki, orada behişt dənəsi olmasın. Nə zaman nardan bir dənəsi yerə düşər və insan onu yeyərsə, bu dənə mədəyə daxil olan zaman onu 40 gün nurani edər və vəsvəsə edən şeytanı uzaqlaşdırar”.
İmam Sadiq (ə) buyurur: “Şirin nar yeyin! Əgər ondan bir dənəsi mədəyə düşərsə, bədəndəki xəstəliklərdən biri aradan gedər. Vəsvəsə edən şeytanı məhv edər”.
İmam Cəfər Sadiq (ə) buyurur: “Övladlarınıza nar yedizdirin. Çünki onların tez inkişaf etməsinə səbəb olar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim yatan zaman nar yeyərsə, səhərə qədər şərdən amanda olar”.

Alma ilə müalicə.

İmam Sadiq (ə) buyurur: “Alma yemək mədəni xoş ətirli edər”.
İmam Kazım (ə) buyurur: “Almanın faydalı çoxdur. Zəhərə, caduya, dəliliyə, bəlğəmə faydalıdır”.
İmam Əli (ə) buyurur: “Alma yeyin, çünki mədənin qüvvətlənməsinə səbəb olar”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Əgər insanlar bilsələr ki, almanın nə faydası vardır, xəstəliklərini almadan qeyrisi ilə müalicə etməzdilər”.
İmam Baqir (ə) buyurur: “Nə zaman alma yeməyi iradə etsəniz, yeməzdən əvvəl onu iyləyin. Əgər belə etsəniz, bütün xəstəliklər bədəndən xaric olar”.

Armudla müalicə.

İmam Sadiq (ə) buyurur: “Armud yeyin! Allahın izni ilə qəlbə cila verər və bədəndəki ağrıları sakit edər”.
Bir nəfər İmam Sadiqə (ə) ürək ağrısından şikayət edirdi və Həzrət (ə) ona buyurur: “Armud ye, yaxşı olarsan”.

Əncirlə müalicə.

İmam Rza (ə) buyurur: “Əncir, ağızın pis iyini aradan aparar, sümükləri möhkəm edər, tükün uzanmasına səbəb olar. Xəstəlikləri müalicə edər”.
Həzrət Rza (ə) buyurur: “Əncir behişt meyvələrinə ən çox bənzəyənidir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ənciri təzə və qurudulmuş halda yeyin. Çünki, yellərin aradan getməsinə, babasilin və qəbizliyin müalicəsinə səbəb olar”.

Yemişlə müalicə.

İmam Rza (ə) buyurur: “Yemişi acqarına yemək iflicə səbəb olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Yemiş yeyin ki, suyu rəhmətdir. Şirinliyi behişt şirinliyindəndir”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Yemişin on sifəti vardır: yemək, su, böyrəyi yuyan, soyuqdəyməni aparan, xoş ətirli edən gül, qarını yuyan, üzü və dərini təravətli edəndir”.

Heyva ilə müalicə.

İmam Sadiq (ə) buyurur: “Hər kim bir dənə heyva yeyərsə, Allah Təala 40 gün hikməti onun dilindən axıdar”.
Həzrət Peyğəmbər (s) Cəfərə buyurur: “Ey Cəfər! Heyva ye ki, qəlbi gücləndirər və qorxağı şücaətli edər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim heyvanı acqarına yeyərsə, övladı gözəl üzlü olar”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Heyva qəm və qüssəni aradan aparar, necə ki, əl alındakı təri aparar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Heyva yemək qəlbi dirildər, simici səxavətli, qorxağı şücaətli edər”.
Həzrət Rəsuli-Əkrəm (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Hər kim üç gün acqarına heyva yeyərsə zehni saf, bütün varlığı elm və mülayimliklə əhatə olmuş olar. Şeytanın və ordusunun tələsindən amanda olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Heyva yeyin və başqalarına da hədiyyə edin. Çünki gözlərə aydınlıq verər, məhəbbəti qəlbə daxil edər. Onu hamilələrə verin, çünki övladının gözəl olmasına səbəb olar”.
Həzrət Rəsulullah (s) buyurur: “Övladınızın əxlaqının və xasiyyətini gözəl olmasına səbəb olar”.
İmam Rza (ə) buyurur: “Heyva yeyin, çünki ağılın artmasına səbəb olar”.

Xurma ilə müalicə.

Həzrət Peyğəmbər (s) buyurur: “Xurmanı acqarına yeyin ki, qarındakı qurdları öldürər”.
İmam Sadiq (ə) buyurur: “Qadınlarınıza hamilə olanda xurma verin ki, övladınız gözəl olsun”.

Kişmişlə müalicə.

Həzrət Peyğəmbər (s) buyurur: “Kişmiş yeyin. Bəlğəmi yeyər, bədəni sağlam edər, əxlaqı gözəl edər. Əsəbləri gücləndirər, zəifliyi və xəstəliyi aradan aparar”.

İydə ilə müalicə.

İmam Sadiq (ə) buyurur: “İydənin əti – əti, dərisi – dərini, dənəsi – sümükləri əmələ gətirər. Böyrəkləri isidər, mədəni yuyar və pakizə edər”.

Kahı ilə müalicə.

İmam Sadiq (ə) buyurur: “Kahı yeyin. Çünki qanı saf və pakizə edər”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Kahı yeyin. Çünki qan axmasının kəsilməsinə səbəb olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Kahı ye. Çünki yuxu gətirər və yeməyi həzm edər”.

Tərə ilə müalicə.

İmam Sadiq (ə) buyurur: “Tərəni yeyin, çünki onda dörd sifət vardır: ağız iyini xoş ətirli edər, yeli aparar, babasili və cüzamı müalicə edər”.

Kədu ilə müalicə.

İmam Sadiq (ə) buyurur: “Kədu ağlı və ağıl qüvvəsini çoxaldar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər aşpazlıq etmək istəyirsinizsə, çoxlu kədu yeyin. Çünki qəmgin qəlbi şad edər”.
Həzrət Rəsulallah (s) İmam Əliyə (ə) buyurur: “Kədu ye! Hər kim yeyər, siması gözəl olar. Kədu mənim və məndən əvvəlki peyğəmbərlərin (ə) yeyəcəyidir”.

Köklə müalicə.

İmam Sadiq (ə) buyurur: “Kök yemək böyrəklər üçün faydalıdır”.
Həzrət Sadiq (ə) buyurur: “Kök qulunc və babasil üçün faydalıdır”.

Şəlğəmlə müalicə.

İmam Sadiq (ə) buyurur: “Hər kimdə cüzamın kökləri olar (yəni, cüzam xəstəsi olar), onu şəlğəmlə əridin”.

Badımcanla müalicə.

İmam Sadiq (ə) buyurur: “Qızarmış badımcan yeyin, çünki cüzam xəstəliyinin qarşısını alar”.
Həzrət Sadiq (ə) buyurur: “Badımcanı çox yeyin, xüsusilə də xurma ağacı bar verən zaman. Çünki hər bir dərdin dəvasıdır. Simanı şad və nurani, damarları yumşaq edər”. (Deyerler.org)
loading...


loading...
Muəllif: narmin  8-10-2017, 22:06   Baxılıb: 889   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.