Qeydiyyat    Giriş
Sayta giriş
» » Şəkər xəstəliyiniz olub olmadığını bu əlamətlə erkən təchiz edəcəksiniz, hətta həkimlərin əksəriyyəti bunu bilmir
Sağlam ailə

Şəkər xəstəliyiniz olub olmadığını bu əlamətlə erkən təchiz edəcəksiniz, hətta həkimlərin əksəriyyəti bunu bilmir



Şəkər xəstəliyiniz olub olmadığını bu əlamətlə erkən təchiz edəcəksiniz, hətta həkimlərin əksəriyyəti bunu bilmir


Şəkər xəstəliyiniz olub olmadığını bu əlamətlə erkən təchiz edəcəksiniz, hətta həkimlərin əksəriyyəti bunu bilmir!

SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, diabetin inkişafının bir çox əlamətləri adi gözlə belə görünür. Əgər vaxtında onlara diqqət yetirsəniz, bu zaman xəstəliyin ağır nəticələrindən qaça bilərsiniz.

Artıq demək olar ki, şəkərli diabet qlobal epidemiya miqyasındadır. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə dünyada təxminən 347 milyon insan diabet xəstəsidir, 2030-cu ilə qədər isə onların sayı 530 milyonu belə keçə bilər. Diabet vaxtından əvvəl xəstələnmənin və ölüm faizinin aparıcı səbəblərindən biridir, çünki çox vaxt amputasiya əməliyyalatlarına, görmə qabiliyyətinin itməsinə, böyrək çatışmazlığına və ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Bununla belə isə, şəkər xəstəliyinin inkişafının yüksək riskini qan analizindən əvvəl belə bilmək olar. Sadəcə öz orqanizminizə diqqət yetirsəniz kifayətdir. Bəs bu zaman orqanizmin hansı əlamətləri və siqnalları bizi bu barədə məlumatlandırmalıdır?

Piylənmə

Piylənmədən əziyyət çəkən insanlarda artıq şəkərli diabet var və ya əgər onlar çəkilərini normallaşdırmasalar bu, yaxın vaxtlarda yaranacaq. Artıq çəki hüceyrələrin insulinə qarşı həssaslığını aşağı salır ki, bu da öz növbəsində 2-ci dərəcəli şəkərli diabetinin inkişafına gətirib çıxarır. Qanda qalaraq, qlükoza damarları dağıdır və insanlarda bunun nəticəsində qanqrena, infarktlar, insultlar yaranır.

Şirniyyata yüksək tələbat və iştahanın artımı


Beyinə qidalanma üçün qlükoza lazımdır. Qida qəbulundan sonra qanda qlükozanın konsentrasiyası artır. Amma əgər insulinə qarşı həssaslıq pozulmuşdursa, qlükoza beyinə çatmır və yağlı toxumadan piyə dəyişdirilir ki, bu da insulinə müqaviməti artırır. Beyin isə əvvəlki kimi qida, xüsusilə də şirniyyat tələb edir. Buna görə insan daha çox yeyir və onun çəkisi artır.

Xroniki yorğunluq

Şəkərli diabetin belə gizli əlamətini çoxları yüksək iş rejimi, yuxu çatışmazlığı, yanlış qidalanma, streslər ilə izah etməyə çalışırlar. Əslində isə, bu şəkərli diabetin ilk əlamətlərindən biridir ki, əzələlər və beyin yetərincə qlükoza almadıqlarına görə onlarda yüksəldilmiş yorğunluq və yorulma hissləri yaranır.

Daimi zəifliyə və yüksək iştaha görə orqanizmində diabet inkişaf edən insan daha az hərəkət edir, çəkidə artır və vəziyyəti ağırlaşır.

Bu üç əlamətin mövcudluğu – qanda qlükozanın səviyyəsini ölçmək və həkimə müraciət etmək üçün ciddi səbəbdir.

loading...
Müəllif: Nermine Mahmudova  5-06-2018, 10:08   Baxılıb: 4 884   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.