Qeydiyyat    Giriş
Sayta giriş
» » Azərbaycanda Qurban bayramı qeyd olunur - Bayram namazının vaxtı
Sağlam ailə

Azərbaycanda Qurban bayramı qeyd olunur - Bayram namazının vaxtı



Azərbaycanda Qurban bayramı qeyd olunur - Bayram namazının vaxtı


Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə Qurban bayramı 1 və 2 sentyabr tarixlərində qeyd olunacaq.

Bayramı namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Fətvada deyilir ki, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir.

"Qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar", - deyə fətvada qeyd olunur.
loading...


loading...
Muəllif: narmin  1-09-2017, 09:31   Baxılıb: 1 719   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.