Qeydiyyat    Giriş
Sayta giriş
» » Ərinin acığına elə arıqladı ki... - Tibb dünyası şokda VİDEO
Sağlam ailə

Ərinin acığına elə arıqladı ki... - Tibb dünyası şokda VİDEO



Ərinin acığına elə arıqladı ki... - Tibb dünyası şokda VİDEO


Boşandı və 8 ayda 65 kilo arıqladı. Həm də ərinin acığına. Bir vaxtlar köklüyü ilə ətrafdakıları heyrətə gətirən bu qadın indi arıqlamaqla hər kəsi təəccübləndirir.
Gənclik çağlarında kök olmadığını deyən Aytən Böyükaydınlı evləndikdən sonra çəkisi nə az, nə çox 145 kiloqrama çatdığını deyir. Kökəlməsi səhhəti ilə bərabər Aytənin ailəsində də problemlərə yol açır. Aytən Böyükaydınlının sözlərinə görə, hətta iş o yerə çatır ki, həyat yoldaşı məclisə gedərkən utandığından onu özü ilə aparmır. Bu isə sonda onların boşanması ilə nəticələnir. Məhz tərk edildikdən sonra arıqlmağı qarşısına məqsəd qoyan Aytən Böyükaydınlı 8 ayda nə az, nə çox 65 kilo arıqlayır. Maraqlıdır ki, Aytən bu göstəriciyə heç bir cərrahi əməliyyatdan istifadə etmədən yalnız pəhriz və idman sayəsində nail olub.
İndi o, rahat şəkildə hərəkət edir, istədiyi yerə rahat şəkildə gedə bilir. Aparılan müayinələrdən sonra həkimlər Aytən Böyükaydınlının səhhəti ilə bağlı heç bir problemin olmadığını bildirirlər.
Amma bir neçə gün öncə Bursada baş verən hadisədən, yəni arıqladıqdan sonra yenidən ailə həyatı quran Vəhdət və Behtərdən fərqli olaraq Aytənin belə bir niyyəti yoxdur.



loading...
Müəllif: narmin  20-07-2017, 20:08   Baxılıb: 5 114   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.