Sağlam ailə / Psixiki pozğunluqlar –
SÖZLƏRİN ENERGETİKASI: HEÇ VAXT BU FRAZALARI DEMİYN! Heç vaxt, eşidirsiniz, heç vaxt BU sözləri tələffüz etmiyın…![]() Sözün nə qədər güclü energetikaya sahib olması hamıya aydındır. Bəzən hansısa bir söz insanda silahdan daha böyük yara buraxır. Bir kəlmə ilə insanın ürəyindən daş asmaq olar. Bəzən isə tam əksinə, bir söz ilə buzları əridib, insanı həyata qaytarmaq mümkündür. Söhbət bizim gündəlik istifadə etdiyimiz sözlərdən gedir. Əslində isə insan danışığında bu “dağıdıcı” sözlərdən istifadə edəndən sonra xəstəlik yaranır. Hər hansı bir xəstəlik yox, məhz çağırdığın xəstəliyə tutulursan. Xəstəliyi yaradan sözlər bir müddət sonra dilimizdə daha sıx istifadə edilməyə başlanılır. Məqsəd isə xəstəliyin bədənimizdəki yerinin daha da möhkəmləndirilməsidir. Aşağıda minlərlə insanın dilindəki sözləri araşdıraraq, gəlinən nəticədə əldə olunan “dağıdıcı” sözlərin cədvəli göstərilib: Xirtdəyə kimi yığılmışam – Əsəb anoreksiyası Boynuma kimi dərdin içindəyəm – Osteoxondroz Həyatım zəhərləndi, o qədər bezdim ki, ölmək istəyirəm – Xərçəng Həzm eləmirəm (nəyisə, kimisə) – Yazva Gücüm yoxdur, ölü kimi yorğunam – Uroloji xəstəlik Nəfəsim kəsilir, tüpürüm hər şeyə - Astma Sıxıb suyumu çıxardı, qanıma işlədi – Qan xəstəliyi Ürəyə yaxın buraxmaq, ürəyi parçalanmaq, ürəkdən zərbə - İnfarkt miokarda Onun yerində olmaq istəməzdim – Allergiya, dəri xəstəliyi Baş ağrısı, baş sındırmaq, başını vurmaq – Miqren, meteo həssaslıq Səbrim partladı – Hipertoniya Pisəm, heç bir sevincim yoxdur – Ciyər çatışmamazlığı və piylənmə Gözüm görməsin, baxmaq belə qorxuludur, nəyə görə baxım ki – göz xəstəliyi Eşitmək istəmirəm, danışma, sus, səs-küydü – Karlıq İyrənirəm, dəli oluram, hirslənirəm – Depressiya Bu sözlərin kimə və nəyə ünvanlandığı fərq etmir. Sözlər dildən çıxan kimi bədəni funksionallığını dəyişdirir. “Qandal” sözlər Siz artıq “dağıdıcı” sözlərin nə olduğunu bilirsiz və bu o deməkdir ki, siz onları zərərləşdirmək üçün ilk addım atmısınız. Bu sözləri tanıdıqdan sonra dilinizdən onları təmizləmək daha asan olacaq. Daha bir qrup söz var ki, onlarda bizim normal yaşamağımıza mane olur. Bu “qandal” sözlərdi. Bu sözlərdən istifadə edərək biz azadlığımızı çərçivələyirik. Doğuşdan haqqımız olan hüququmuzdan imtina edirik: həyatdan ən yaxşısını almaq. Xoşbəxtlikdən bu sözlər o qədər çox deyil. “Qandal” sözlər 4 əsas klandan (ailə) ibarətdir. 1-ci klan: “Məndə alınmayacaq” Bu söz insanın özünə güvənsizliyini göstərir və söz insanı qabiliyyətinin olmamasına inandırır. Söz insanı yerində dayanmasına, uğur qazanmaq üçün heç bir hərəkət etməməsinə gətirib çıxardır. Həyatdakı missiyanı yerinə yetirməmək üçün arxasında gizləndiyiniz sözlər: Edə bilmirəm, bacarmıram, əmin deyiləm, alınmayacaq, mənim imkanlarım xaricindədir, söz verə bilmərəm, məndən asılı deyil, bu məsuliyyəti öz üzərimə götürə bilmərəm. Ən əsas söz “çalışaram” sözü altında gizlənən “Məndə alınmayacaq” . Siz bu ifadəni diqqətlə analiz etsəniz görəcəksiniz ki, əslində “mən özümə inanmıram” demək istəyirsiniz. 2-ci klan: “Mən layiq deyiləm” Bu sözün daşıyıcıları doğrudan bir yerdə durmaq insanlardır. Daima hərəkət içindədirlər, bütün yükü öz üzərilərinə götürürlər və “at” kimi işləməyin doğru olduğunu düşünürlər. Elə bir sərhəd hörürlər ki, qapılarına dirənən mükafat da onlara çatmır. Daima iş, iş, iş... Həyatın verə biləcək başqa imkanlarına isə “mən layiq deyiləm” deyib qapılarını möhkəm bağlayırlar. Bu klana aid olan sözlər bunlardır: hələ vaxtı deyil, istərdim amma... Çox istəməklə deyil ki, istəmək də pulla deyil ki, mən kiməm ki... Hələ bu sözlərə fikir verin. Onlar dilimizdə elə yaxşı özlərinə yer ediblər ki, biz hiss etmədən gündə bəlkə 5 dəfə onlardan istifadə edirik. 3-cü klan: “Mən istəmirəm, amma məni məcbur edirlər” Bu, bizim ən çox sevdiyimiz sözdür. Bu klana daxil olan sözlər: Lazımdır, məcburdur, tələb olunur. Bu tip sözlər olmayan problemi də yarada bilir. Gündə neçə dəfə bu sözdən istifadə edirik və ya başqasından eşidirik? Saymaqla qurtarmaz. Biz bu sözlərə o qədər alışmışıq ki, hətta başqalarına qarşı məcburiyyətimiz olmasa belə, öz ehtiyaclarımızdan söz açanda bu kəlmələrdən istifadə edirik. Nəticə isə budur: biz xoşbəxtliyin daxil ola bilməyəcəyi bir sədd çəkirik. Və dünyaya xoşbəxt olmaq üçün gəldiyimizi unuduruq. 4-cü klan: Sonuncu ailənin üzvü “Mümkün deyil” kəlməsidir. Bu sözdən istifadə zamanı biz sadəcə bütün reallaşa biləcək arzularımızın üstündən xətt çəkirik. Xoşbəxtlikdən göylər bizə arzuların arxasınca gedən insanlar göndərib. Onların sayəsində biz dünyada hər şeyin mümkün olacağını düşünürük. Və içimizdən “istəyirəm” sözünü demək gəlir. Bu isə bir çox hallarda “mümkün” deyil sözünü neytrallaşdırır. Bu klana daxil olan, arzularımızın həyata keçməsinin qarşısını alan sözlər: mümkün deyil, az ehtimal olunur, heç vaxt, ola bilməz, birdən (olan biləcək reallıqdan imtina), əgər (filan şeyi istəyirəm, amma çətin ki alınsın), Allah eləməsin, ola bilsin belə alınsın (planlaşdırılmış çətinlik. Cəhd etdiyin iş nəinki alınmayacaq, hətta istəyində öləcək) və ən dəhşətlisi: seçim yoxdur. loading...
|
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .