Qeydiyyat    Giriş
Sayta giriş
» » Tez ağaran saçlar bu xəstəliklərə işarədir
Sağlam ailə / Kosmetologiya

Tez ağaran saçlar bu xəstəliklərə işarədir



Tez ağaran saçlar bu xəstəliklərə işarədir

 

Hər saç teli rəngini "melanosit" adlanan və rəng piqmenti ifraz edən hüceyrələrdən alır.

Bu hüceyrələrin funksiyasını itirməsi, piqment azalması, ya da yox olması saçlarda ağarma ilə nəticələnir.

Asiya irqindən olanlarda saç ağarması 30 yaşın ortalarından etibarən başlayır. 50 yaşlarından etibarən isə bütün kişilərdə az da olsa saç ağarması olur. Bəzi xəstəliklər saç ağarmasına səbəb ola bilər.

20 yaşından sonra başlayan saç ağarması erkən saç ağarması olaraq adlandırılır. Erkən saç ağarmasının bir çox səbəbi olmaqla birlikdə genetik səbəbləri də var. Həm də bəzi autoimmun xəstəliklər, saçqıran, vitiligo (ala xəstəliyi), B12 vitamin əskikliyi və bəzi tiroid xəstəliklərində erkən saç ağarması gözlənilə bilər.

Aparılan bəzi çalışmalarda saç ağarmasının ürək-damar xəstəliklərilə əlaqəsi olduğu bildirilib. Buna görə erkən saç ağarması problemi olanların kardioloji müayinədən keçməsi tövsiyə edilir.

Erkən saç ağarması olan insanlarda sümük azalması da görülə bilər. Sümük azalması (osteopeni) olan kişilərdə bunun qarşısını almaq üçün tədbirlər görülməlidir.

Saç ağarmasının müalicəsi üçün qalıcı saç boyaları, keçici saç spreyləri və bəzi rəngləndirici şampunlar istifadə edə bilərsiniz.

 


loading...


loading...
Muəllif: narmin  30-01-2016, 14:00   Baxılıb: 1 814   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.