Qeydiyyat    Giriş
Sayta giriş
» » Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinət artırılıb
Sağlam ailə / Ana və uşaq münasibəti

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinət artırılıb



Azərbaycan prezidenti İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədilə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləğinin artırılması haqqında" Azərbaycan prezidentinin 2013-cü il 23 avqust tarixli 3082 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.
loading...


loading...
Muəllif: narmin  28-01-2016, 23:00   Baxılıb: 1 824   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.