Qeydiyyat    Giriş
Sayta giriş
» » Badam südü. İmmuniteti gücləndirən, öskürəyi sağaldan içki
Çàãðóçêà...
Sağlam ailə / Xalq təbabəti

Badam südü. İmmuniteti gücləndirən, öskürəyi sağaldan içki



 

 

Badam bir çox vitamin və minerallarla zəngindir. Badam südü bizə Hindistandan gəlib.

Orada bu süd qədim zamanlardan çox təsirli müalicəvi və profilaktik vasitə kimi istifadə olunur.

Badam südünün  faydaları:

- ürək-damar sisteminin xəstəliklərinin qarşısını alır

- sinir sistemi üçün çox faydalıdır - sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı yaxşılaşdırır

- immun sistemini möhkəmləndirir

- öskürək və bronxit zamanı müalicəvi təsir edir

- böyrəkləri təmizləyir

- maddələr mübadiləsini yaxşılaşdırır

- kişilərdə potensiyanı yaxşılaşdırır

- dərinin, saçların vəziyyətini yaxşılaşdırır.

Badam südünün hazırlanması:

1. 30 badam ləpəsi götürülür (şirin badamdan istifadə edin).

2. Badamın üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə saxlanır, qabıqları soyulur.

3. Badamı blenderə tökürük, üzərinə 100 ml qaynanmış su əlavə edirik, blenderdə yaxşı əzirik.

4. Alınmış badam südünü tənzifdən süzürük, üzərinə 200 ml inək südü əlavə edirik, qarışdırırıq.

5. Südə 1 çay qaşığı bal və bıçağın ucunda darçın əlavə edirik, qarışdırırırq və içirik.

Badam südünü hər gün 1 stəkan olmaqla içmək olar.



loading...
Müəllif: Nermine Mahmudova  28-01-2016, 12:00   Baxılıb: 895   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...