Qeydiyyat    Giriş
Sayta giriş
» » Uşağın yaşına uyğun boyu və çəkisi - Fotoizah
Sağlam ailə / Ana və uşaq

Uşağın yaşına uyğun boyu və çəkisi - Fotoizah



Uşağın yaşına uyğun boyu və çəkisi - Fotoizah[/center

]Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır. Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur. Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması
2. Qeyri-rasional birtərəfli qidalanma
3. Orqanizmdə qurd-parazitin olması
4. Fiziki hərəkətsizlik — hipodinamiya
5. Psixoloji travmalar
6. Boy hormonunun defisiti
7. İrsiyyət

Uşağın boyunu artırmaq üçün nə etməli?
1. Düzgün balanslanmış qida: rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları isə azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqlarının boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.

2. Fiziki aktivlik, bəzi idman növləri: üzgüçülük, basketbol, yüngül atletika boyu stimullaşdırır, əksinə, ağır atletika, güləş kimi idman növləri — ləngidir.

3. Tam normal yuxu vacibdir. Uşaqların yuxuda böyüməsinin elmi əsası var. Aparılan tədqiqatlar göstərilmişdir ki, boy hormonu yuxu zamanı formalaşaraq ifraz olunur. O səbəbdən vaxtında yatmaq və yuxudan doymaq çox vacib amildir.

4. Günəş şüaları və təmiz hava. Uşaqların və yeniyetmələrin aktiv inkişafı üçün bol günəş və hava lazımdır. Təmiz havada, erkən günəş işığı altında gəzişmək və gün qəbul etmək insan orqanizmi üçün çox önəmlidir, çünki səhər tezdən günəş şüaları dəridə daha fəal D vitaminə çevrilərək, uşağın fiziki inkişafına, xüsusilə də dayaq-hərəkət sisteminə müsbət təsir göstərir.

5. Mədə-bağırsaq sistemi fəaliyyətinin normal olması. Hamıya məlumdur ki, insan orqanizminin inkişafı üçün lazım olan nutriyentlər (vitaminlər, minerallar, zülallar, yağlar və s.) mədə-bağırsaq traktı vasitəsilə orqanizmə daxil olur.

Bu səbəbdən həzm sisteminin qaydada olması gələcək nəslimizin sağlamlığının bünövrəsidir. Qurd-parazitlər, mədə-bağırsağın, öd kisəsinin, qaraciyərin iltihabi zədələnmələri həzm sistemini pozaraq, uşağın inkişafına nəzərə çarpan dərəcədə mənfi təsir göstərir.

Uşaqlarda boy və çəki cədvəli
Valideynlər uşağın boyunu, çəkisini normada olub-olmadığını öyrənmək üçün dəfələrlə həkimə müraciət edirlər, çünki harmonik, yəni yaşa uyğun inkişaf sağlamlığın əsas göstəricilərindən biridir. Nəzərinizə çatdırdığımız cədvəl əsasında yaşından asılı olaraq, uşağın boyunu və çəkisini asanlıqla təyin edə bilərsiniz.
[center]Uşağın yaşına uyğun boyu və çəkisi - Fotoizah


Müəllif: Nermine Mahmudova  21-08-2017, 09:21   Baxılıb: 3 518   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.