Qeydiyyat    Giriş
Sayta giriş
» » Qadının mədəsindən elə şeylər çıxdı ki... - VİDEO
Sağlam ailə

Qadının mədəsindən elə şeylər çıxdı ki... - VİDEO



Qadının mədəsindən elə şeylər çıxdı ki... - VİDEO


Azərbaycanda bir xəstənin mədəsindən 4 kiloqrama yaxın tük topası çıxarılıb. Bu, nəinki Aazərbaycanda, hətta dünyada mədədə rast gəlinmiş ən böyük yad cisimdir.

"Xezerxeber xəbər verir ki, Azərbaycanda keçirilmiş əməliyyat zamanı mədədən çıxan bu uzunluqdakı saç topası hər kəsi şoka salıb. Çünki nadir hesab olunan oxşar hadisələr zamanı əvvəllər mədədən maksimum 2 kiloqram yad cisim xaric edilib. 22 yaşlı qadının mədəsindən çıxan saç topası, yəni bezuar isə 3,8 kiloqram, üstəlik 3 metrdən uzun olub. Xəstəni əməliyyat edən cərrah, tibb elmləri namizədi Zahid Zahidov qeyd edir ki, bu, ölçüsünə görə dünyada ilk belə hadisədir.

Əməliyyat edilmiş 22 yaşlı qadın psixatrik xəstəxanalardan birindən göndərişlə klinikaya daxil olub. Onun mədəsində belə bir cismin əmələ gəlməsi də məhz onun psixi problemləri ilə əlaqəli olub.

Xəstə əməliyyatdan 5 gün sonra evə buraxılıb və hazırda vəziyyətinin normal olduğu bildirilir. Amma həkim qeyd edir ki, qadın yenidən saç yeməyə başlasa, mədəsində yenidən eyni problemin yaranması qaçılmaz olacaq.

loading...


loading...
Muəllif: narmin  9-04-2017, 21:38   Baxılıb: 1 301   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.