Qeydiyyat    Giriş
Sayta giriş
» » İNTERNETİ ASAN ŞƏKİLDƏ SÜRƏTLƏNDİRMƏK ÜÇÜN 9 BİLMƏDİYİNİZ ÜSUL!
Sağlam ailə / Dünya xəbərləri

İNTERNETİ ASAN ŞƏKİLDƏ SÜRƏTLƏNDİRMƏK ÜÇÜN 9 BİLMƏDİYİNİZ ÜSUL!



İNTERNETİ ASAN ŞƏKİLDƏ SÜRƏTLƏNDİRMƏK ÜÇÜN 9 BİLMƏDİYİNİZ ÜSUL!


Nələri dəyişdirə bilmərsiniz?

İnternet əlaqənizin sürətini təyin edən bir çox faktor mövcuddur. Lakin təəssüf ki, bəziləri üzərində yoxlama aparmağınız mümkün deyil. Bunlardan bəziləri:

Genişzolağı məhdudlaşdırma: Provayderiniz məsələn Torrenti istifadə etdiyinizdə sürətinizi məhdudlaşdıra bilər. Nəysə ki, ölkəmizdə belə bir vəziyyət demək olar ki yoxdur.

Stansiyaya uzaqlıq: Telefon stansiyasından uzaq məsafədə olmağınız, əgər ADSL istifadə edirsinizsə, sürətinizə mənfi təsir edə bilər.

Kabelli internet: Siz və qonşularınızın çoxu kabelli internetdən istifadə edirsə, internet sürəti paylaşıldığından sürət düşə bilər.

İnternet sürətinizi test edin, sürətləndirin

İnternetinizi sürətləndirmək üçün nə edə bilərsiniz

Təchizat: Zəifliyin səbəbi qurğunuz ola bilər. Modeminiz bir ön yaddaşa malikdir və ön yaddaş performansı sürətə təsir edə bilər. Ön yaddaşı boşaltmaq üçün modeminizi elektrikdən bir neçə saniyəlik ayırın.

Kabelli və kabelsiz (Wi-Fi) şəbəkə: Kabelli internet, kabelsizə nisbətən daha sürətlidir. Wi-Fi istifadə edərkən siqnalların qarışması kimi bir problem yarana bilər. Bunun qarşısını almaq routerinizin yerini və ya Wi-Fi kanal nömrəsini dəyişdirin.

DNS serveri: Bəzi provayderlərin DNS serverləri çox sürətli olmaya bilər. OpenDNS-dən ödənişsiz və sürətli DNS ünvanlarını əldə edə bilərsiniz.

İnternet sürətinizi test edin, sürətləndirin

Kabellər, əməliyyatlar və zərərli proqramlar

LAN kabeli: Kabel uzunluğu 50 metrə qədər qəbul edilə bilər, ancaq kabelin mümkün olduğu qədər qısa olmasına çalışın. Uzun bir kabel istifadə edəcəksinizsə, müdafiəli gigabit şəbəkə kabellərini seçin (STP Cat5e və ya STP Cat6). Kabeli çox bükməyin və dartmayın, çünki bu performansı aşağı salacaq.

Çalışan əməliyyatlar, əlavə proqramlar: Bir çox hallarda proqram yenilənməsi yükləmək, internetdən məlumat köçürmək kimi əməliyyatlar da internetinizə təsir göstərir. Bir təhlükəsizlik divarı istifadə edərək hansı proqramların internetə girə biləcəyini yoxlaya bilər, hansının sürətə çox təsir göstərdiyini öyrənə bilərsiniz.

Zərərli proqramlar: Zərərli proqramlara qarşı kompüterinizi antivirusla yoxlayın. Troyanlar şəbəkənizə təsir edə bilər. Bu da internet əlaqənizin zəifləməsinə səbəb olacaqdır. Güclü antivirus proqramı mütləq lazımdır.
loading...


loading...
Muəllif: narmin  21-03-2017, 10:38   Baxılıb: 15 053   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.