Qeydiyyat    Giriş
Sayta giriş
» » Soyuqdəyməyə qarşı 10 müalicəvi vasitə
Çàãðóçêà...
Sağlam ailə

Soyuqdəyməyə qarşı 10 müalicəvi vasitə



 

1.Bal və limonlu ilıq çay.


 

Əgər soyuqlamisınızsa ilk işiniz yaxşı dəmlənmiş,yaşıl və ya adi qaraçaya bir dilim limon,1 çay qaşığıbal əlavə edib için.Amma unutmayin ki,çay qaynar olmamalıdır ki,limon və balın təsirini azaltmasın.

 

2.Çökə açaçının çiçəkləri və moruq çayı

 

 


Cökə çiçəklərindən çay dəmləyin ora moruğun meyvəsini və yarpaqlarını əlavə edib 30 dəqiqə ağzı örtülü saxlayın sonra onu süzüb için.Moruğun meyvəsi və yarpağı yoxdursa moruq mürəbbəsindən də istifadə etmək olar.Bu çaya əlavə edib için.

 

3.İtburnu çayı.

 

 

 

Itburnu bilirsiniz ki Vitamin deposudur.Esas da C vitamini  ilə zəngindir. Soyuqdəymə zamanı xırda doğranmış quru itburnu meyvəsindən 2 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su töküb termosda dəmləyin və 1 gecə saxlayin.Bu dəmləmədən gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkam için.

 

4.Qırmızı və ya qara qarağatdan içki.

 


Bu giləmeyvələr bakteriya eleyhine gözəl vasitədir. Onu 3:1 nisbətində şəkər tozu ilə əzib ,qarışdıraraq soyuducuda saxlayın.Soyuqdəymə zamanı 2 xörək qaşığı götürüb 0,5 litr ilıq su ilə qarışdırıb yeməkdən 15 dəqiqə əvvəl yarım stəkan qəbul edin.

 

5.İsti südlə mineral su.

 


Əgər sizdə atıq öskürək başlayıbsa qaynar südlə  mineral,qazlı suyu qarışdırıb için.(Amma keyfiyyətli mineral su seçin).Bu bəlğəmin xaric olmasına şərait yaradacaq.

 

6.Südnən sarmısaq.

 

 

 

 Bu qarışım vasitəsilə bircə gündə ayağa qalxa bilərsiniz.Çox effektlidir. Deməli 1 stəkan ilıq südə 10 damcı sarmısaq suyu əlavə edib gecə için.İnanın,səhərə sappasağlam olacaqsınız:)

 

7.Quru meyvələrlə kampot.

 


 Ta nənələrimizdən gələn dəfələrlə yoxlanmış bir vasitədir. 100qr. hər hansı quru meyvələrdən götürün .Boyuk olanları kiçik-kiçik doğrayın.İlıq su ilə təmiz yaxalayın.Əvvəlcə alma və armud qurusunu 30 dəqiqə qaynadın,sonra səkər tozu əlavə edin(1 litr suya 3 xörək qaşığı),ardiyca ,qara gavalını,götürmənizə 5 dəqiqə qalmış quru üzümü və ərik qurusunu əlavə edin.Hazır kampota yarım limon suyu 1 xörək qaşığıbal qatmaqla effektini daha da artıra bilərsiniz.

 

 

 

 

 8.Limonlu və zəncəfilli çay.

 

 

 

 Soyuq payız və qış günlərində sizi soyuqdəymədən,bakteriyalardan qoruyar.İmuniteti qaldırar, sizin iş qabiliyyətinizi artırar.

1 stəkan qaynar suya 1 xörək qaşığı limon suyu,1 çay qaçığı bal,yarım çay qaşığı incə doğranmış təzə zəncəfil və ya tozu qatıb için.Bu çayın tərkibinə bir az nanə də qatmaq olar.

 
9.Ədviyyatlı qlintveyn


Soyuqdəyməyə qarşı əla dadlı faydalı bir içkidir.Bədəni qızdırır,enerji verir.100 ml. siya 1 xörək qaşığı müxtəlix ədviyyatların qarışımından qatib qaynara düşənə qədər dızdırın,ocaqdan götürüb 10 dəqiqə saxlayın.Portağalı dilimləyin.Soyudulmuş ədviyyatlı su, çaxır və portağal dilimlərini qarışdırın.Hamısını birlikdə qaynara düşənə qədər qızdırı.Amma qaynatmaq olmaz.Qlintveynə limon,bal da qatmaq olar.İsti-isti qəbul olunmalıdır,daha yaxşı olar ki gecə qəbul edib ,yatağa uzanıb ayaqlarınıza isidici qoyasınız.Səhərə tam sağlam yataqdan qalxacaqsınız.
 
 
10.Çobanyastığı çayı .
 



 Çobanyastığı iltihab əliyhinə ən gözəl vasitədir.Cökə ağacı,bal iləbirlikdə soyuq dəyməyə qarşı ən effektli vasitələrdən biridir.1 xörək qaşığı çobanyastığı və cökə çiçəyini 1 stəkan qaynar suda 20 dəqiqə dəmləyin,süzün.Yeməkdən əvvəl 1\3 stəkan gündə 3 dəfə qəbul edin.

 

Sizə həmişə sağlam olmağı arzulayıram!




loading...
Müəllif: narmin  30-06-2016, 17:00   Baxılıb: 2 668   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...