Qeydiyyat    Giriş
Sayta giriş
» » Xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb ediblər - FOTOLAR
Sağlam ailə

Xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb ediblər - FOTOLAR



Xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb ediblər - FOTOLAR


Sumqayıtda fəaliyyət göstərən “Şəfqət” klinikası barədə sensasiyalı iddia

Səltənət Budaqova: «Məsələ ictimailəşərsə, qurbanların sayı çoxalmaz»

Sonsuzluq problemindən əziyyət çəkən Budaqova Səltənət İbrahim qızı həyat yoldaşı Qasımov Cabir Sabir oğlu ilə birlikdə 26.01.2017-cı il tarixində Sumqayıt şəhərində fəaliyyət göstərən “Şəfqət” klinikasına müraciət edib. Xəstəxanada müalicə zamanı istifadə müddəti keçmiş dərmanlar infeksiya yolu ilə qadının qanına vurulub.

SaqlamHeyat.az-ın məumatına g[rə? S.Budaqova bu iddia ilə “Bizim Yol”a etdiyi müraciətində çıxış edib.

“Mən klinikanın baş həkimi Fikrət Baxşəliyevə müraciət etmişdim. O da məni UZİ-yə göndərdi. Daha sonra biz müalicə üçün 7 gün xəstəxanaya gəlməli idik. Həmin gündən müalicəyə başladıq. İkinci dəfə gedəndə iynələrin adını bilmək üçün boş qablarını özümlə götürdüm. Qarnıma, damarlarıma 4 ədəd vaxtı keçmiş iynə vurulub. Birindən başqa 3 ədədinin ampulası məndə var. Evdə baxanda gördüm ki , birinin 2015-ci il iyul ayında, digərinin isə 2016-cı ilin aprel ayında istifadə müddəti bitib.

Artıq növbəti dəfə xəstəxanaya gedəndə tibb bacısından şpristə çəkilən iynənin boş şüşəsini ona götərib dedim ki, bunun istifadə müddəti bitib. Qız mənə dedi ki, bu onluq bir iş deyil, baş tibb bacısına müraciət edim. Mən özümlə gətirdiyim ampulaları ona göstərib dedim ki, bu 3 gün öncə də təkrar olunub”,-deyə S.Budaqova bildirib.

Onun sözlərinə görə, xəstəxanda olan insanlar hadisədən xəbər tutmasın deyə, digər xəstələri otaqdan çıxarıblar: “Otaq dolu xəstə idi. Onları otaqdan çıxarıb, qapını bağlayıb həyat yoldaşımla məni içəridə saxladılar. Dedilər ki sizi təmənnasız müalicə edəcəyik, pulunuz geri qaytarılacaq, amma səs salmayın”.

İynələrin qanına vurulduğuna görə narahat olan qadın deyir ki, daha sonra klinikanın baş həkimi Fikrət Baxşəliyevlə görüşüb. Məlum olub ki, bu hadisə xəstəxanada bir neçə dəfə baş verib: “Fikrət Baxşəliyev əvvəl söhbətdən yayındı, sonra dedi ki, bu hal bizim xəstəxanada ilk dəfə deyil, bir neçə dəfə olub. Qızların səhlənkarlığıdır, onları cəzalandırmışıq. Uşağınız olana qədər sizi pulsuz müalicə edəcəyik. Ancaq söhbət burada qalsın. Hər şeyi verən Allahdır. Mənə təmənnasız müalicə lazım deyil. Mən vicdanımı pula satmaram”.

S.Budaqova “Şəfqət” klinikasının baş həkimini və onu müalicə edən tibb bacılarınının məsuliyyətlə cəlb olunmasını istəyir: “Məsələ ictimailəşərsə, qurbanların sayı çoxalmaz. Bu hadisə ilə bağlı mənim telefonumda baş həkim Fikrət Baxşəliyevin və onun tibb bacılarının səs yazıları var. Bu hadisəni tam araşdırmaq üçün məndə olan səs yazılarını fakt və sübut üçün istifadə etmək olar”.
S.Budaqova bildirir ki, ona 260 manat dəyərində maddi zərər dəyib: “Baş həkim bizə dəymiş maddi zərəri ödədi. Amma bizim sağlamlığımıza təhlükə var. Mən ondan şikayətçiyəm. Müvafiq qurumlara müraciət edəcəm”.

Vətəndaşın şikayəti əsasında “Şəfqət” klinikasına baş həkimi Fikrət Baxşəliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, S.Budaqovanın şikayəti həqiqətə uyğun deyil.

Qeyd edək ki, “Şəfqət” özəl tibb klinikasında ilk dəfə baş verən xoşagəlməz hal deyil. Ötən il də xəstəxanada Ağdam rayon sakini Sevinc Mirzəyeva adlı bir qadına səhv diaqnoz qoyaraq uşaqlıq orqanını çıxarıblar.

Xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb ediblər - FOTOLAR
Xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb ediblər - FOTOLAR
Xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb ediblər - FOTOLAR
Xəstəyə vaxtı keçmiş iynə vurub, susmağını tələb ediblər - FOTOLAR


Müəllif: Nermine Mahmudova  18-02-2017, 08:24   Baxılıb: 752   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.