Qeydiyyat    Giriş
Sayta giriş
» » Gözəlliyinizi qorumanın yolları
Sağlam ailə / Gözəllik

Gözəlliyinizi qorumanın yolları



 

Gözəl və təravətli olmaq üçün bir çox proseduralar var. Makiyaj üsulları, spa və fitness məşqləri, düzgün qidalanmaq, mənəvi təmizlik, meditasiya və s. 
Makiyaj üsulları gözəl və cəlbedici görünmək üçün ideal vasitələrdən hesab olunur. Lakin gözəlliyi qorumaq da mühümdir.
Günəş şüalarından qorunmaq, gecə yatmazdan əvvəl makiyajı təmizləmək, üzüstə yatmamaq və bədən jelləri ilə ehtiyyatlı olmaq gözəlliyi qoruma üsullarına aiddir.
Yatmazdan əvvəl makiyajı təmizləmək
Yatmazdan əvvəl makiyajı təmizlədikdə kirpik və civzələrin tökülmə riski azalır. Makiyaj, saç köklərinin tıxanmasına və saç tökülməsinə yola açdığından onu sildikdə saç diblərini təmizləməyi unutmayın. 
Üz üstə yatmaq üzdəki qırışları artırır 
Xüsusilə yumşaq yastıqlar zamanla göz və yanaq ətrafında deformasiya yaradır. Bu baxımdan arxası üstə yatılmasında böyük fayda var.
Keyfiyyətsiz yuxu zamanı dəri yenilənə bilmədiyindən bu üsul əlverişlidir.
Bədən jelleri boyun bölgəsinə zərər verir
Boyun bölgəsi dəri baxımından həssas olduğundan üz kremləri və qoruyucular seçim edilməlidir. Bədən gelləri və kremləri həmin bölgəyə sürtmək olmaz.
Şəkərli qidalar bağ toxumalarına zərər verir 
Şəkərli qidalar, çəki almanın xaricində dəridə dəyişmələrə səbəb olur. O, cür qidalar həm də dərinin elastiklik xüsusiyyətinin azalmasına imkan yaradır.
Gündə 8-9 çay qaşığından artıq şəkər istifadə edilməməlidir. Şokolad, peçenye və digər şirniyyatların nisbəti nəzərə alınmalıdır.
Günəşin mənfi təsirindən qorunmaq 
Günəşli havalarda, xüsusi ilə dənizə yaxın sahələrdə ehtiyyatlı olmaq lazımdır. Yalnız dəriyə deyil, gözlərə də zərər verə bilərsiniz. 
Müxtəlif kremlərdən, günəş eynəklərindən istifadə etməklə günəşin zərərli təsirlərindən qorunmaq olar.




Müəllif: Nermine Mahmudova  3-01-2018, 21:23   Baxılıb: 1 146   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.