Qeydiyyat    Giriş
Sayta giriş
» » Türk alimlər süni qan istehsal etdi
Sağlam ailə / Həkimlər

Türk alimlər süni qan istehsal etdi



 

Məlumata görə Adnan Ayhancı verdiyi açıqlamada, Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumuna (TÜBİTAK) təqdim olunan "Multidisipliner Tədqiqat Layihəsi" təklifi çərçivəsində tamamilə yerli hemoqlobin əsaslı süni qan istehsalında ilkin işlərin uğurla başa çatdığını deyib.
Layihəyə ESOGÜ, Anadolu Universiteti, Qars Qafqaz Universiteti, Dəclə Universiteti və teknopark şirkəti olan Bionkit Bio-Nano Kimya Texnologiyaları Mühəndis-Məsləhətçi tərəfindən dəstək verildiyini bildirən Ayhancı, layihə ilə qana olan ehtiyacın aradan qaldırılacağını bildirib.
Layihə çərçivəsində 8 əsas tədqiqatçının fəaliyyət göstərdiyini bildirən Ayhancı deyib ki, dünyada bir çox ölkədə süni qan istehsal olunurdu.
Biz də bu süni qan istehsalını Türkiyədə gerçəkləşdirdik. Qan banklarında qan alındıqdan sonra bir aydan çox saxlana bilir, dərhal pozulur.
Halbuki süni qanı istehsal olunduqdan sonra bir il saxlamaq mümkündür.
Məlumatda oda bildirilir ki, Ayhancı süni qanın ani və təcili ehtiyac olduqda istifadə edilə bilǝcǝyini, hər cür qan qrupuna uyğun gəldiyini bildirǝrǝk deyib ki, istǝdiğimiz qədər süni qanı sürətli və daha ucuz istehsal edə bilǝrsiniz. Ölkəmizin ehtiyacı olan hemoqlobin əsaslı qan ehtiyatını özümüzün təmin etməsi son dərəcə əhəmiyyətlidir. Bundan başqa insanlara yeridilən bu süni qan, zaman içində bədəndən təbii yollarla da tǝmizlǝnir.

loading...


loading...
Muəllif: narmin  20-01-2016, 08:00   Baxılıb: 1 584   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.