Qeydiyyat    Giriş
Sayta giriş
» » Xərçəng xəstəliyinin ilk əlaməti tapıldı, bunu hamı bilməlidir!
Çàãðóçêà...
Sağlam ailə

Xərçəng xəstəliyinin ilk əlaməti tapıldı, bunu hamı bilməlidir!



Xərçəng xəstəliyinin ilk əlaməti tapıldı, bunu hamı bilməlidir!


Yeni tədqiqatda ayaq və ovuc içi dərisinin qalınlaşması ölümcül xərçəng xəstəliyinin əlaməti olduğu ortaya çıxıb.
İnsanlar dabanlarının çatlamasına adətən heç kim fikir vermir. Ancaq bu yaxınlarda Londonda aparılan bir araşdırma göstərib ki, daban dərisinin sərtliyi göründüyündən daha təhlükəli ola bilər. Kraliça Mari Universitetinin alimləri qalınlaşmış daban dərisi ilə qida borusu xərçəngi arasında əlaqə olduğunu irəli sürüb.

Tədqiqatçılar sübut edib ki, qida borusu xərçəngi ovuc içlərində və dabanlarda dərinin sərtləşməsinə yol açır. Bəzi hallarda dəri o qədər qalınlaşır ki, xəstələrin dərisini ülgüclə kəsmək lazım gəlir.
Yemək borusu xərçənginə səbəb olan irhom2 geni, dərinin ən böyük komponenti olan keratini nəzarət altına alaraq ovuc içlərindəki və ayaq altındakı dərinin qalınlaşmasına səbəb olur. Mütəxəssislər bu kəşfin xəstəliyin müalicəsində olduqca faydalı olacağını söyləyib.
Qida borusu xərçəngi əlamətləri:
- Udma çətinliyi
- Mədə pozğunluğu və mədə yanması
- Bir şey yedikdən sonra dərhal hıçqırma
- İştaha və sürətli arıqlama
- Qarının üst tərəfində, sinədə və ya kürəkdə ağrı və narahatlıq.
Publika.az

loading...
Müəllif: Nermine Mahmudova  5-06-2018, 10:08   Baxılıb: 1 589   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...