Qeydiyyat    Giriş
Sayta giriş
» » Qarın divarının şəkilləndirilməsi.ABDOMİNOPLASTİKA NƏDİR?
Sağlam ailə / Həkimlər

Qarın divarının şəkilləndirilməsi.ABDOMİNOPLASTİKA NƏDİR?



Qarın divarının şəkilləndirilməsi.ABDOMİNOPLASTİKA NƏDİR?


Qarın divarının şəkilləndirilməsi.

Qarın divarının formalaşdırılması, mövcud olan piylənmənin, sallanmanın və cildin elastikliyi vəziyyətinə bağlı olaraq başlıca liposuction (yağ əmmə) və abdominoplastika (qarın gərmə) üsulları ilə həyata keçirilir. Günümüzdə bu hər iki metod də çox tez-tez istifadə edilən əməliyyat üsullarındandır.

ABDOMİNOPLASTİKA NƏDİR?

Abdominoplastika yada qarın gərmə əməliyyatı, qarın divarında çox olan yağ və dərinin çıxarılaraq və qarın divarında zəifləmiş əzələlərin sıxlaşdırılaraq qarın divarının yenidən cavanlaşdırılıb formalaşdırılmasıdır. Bu əməliyyatla qarının süst, yağ toxuması artmış və şiş görünüşü aradan qaldırmaqda, yenidən düz və zərif görünüşünün qazandırılmasıdır və həmçinin bel incəldilir. Bənzər şəkildə qarın divarı əzələlərinin orta xətdə bir-birindən ayrılması ilə ortaya çıxan diastaza adı verilən bu vəziyyət də bu əməliyyatla bərpa olunur.

Abdominoplastika amaliyatında mövcud olan piylənmənin, sallanmanın və dərinin elastiklik vəziyyətinə bağlı olaraq klassik abdominoplastika, miniabdominoplastika və marriage abdominoplastika kimi əsas 3 müxtəlif üsul tətbiq oluna bilməkdədir.

ABDOMİNOPLASTİKA ÜSULLARINDAKI FƏRQLƏR NƏLƏRDİR?

Klassik abdominoplastika adətən qarın divarında çoxlu miqdarda yağ yığılması olan və qarın dərisi elastikliyinin irəli dərəcədə pozulması ilə ortaya çıxan sallanma vəziyyətlərində tətbiq olunur.

Mini-abdominoplastika;ümumiyyətlə qarın divarında yağ yığılmasının orta dərəcəli olduğu və qarının alt yarısında görüldüyü və qarın dərisində elastiklik azalmasının qarının alt yarısında izləndiyi hallarda üstünlük verilir.

Marriage( evlilik) abdominoplastika mini-abdominoplastikada olduğu kimi adətən qarın divarında yağ yığılmasının və qarın dərisində elastiklik azalmasının qarının alt yarısında görüldüyü və bel hissələrində yağlanma olan xəstələrdə üstünlük verilir.

ABDOMİNOPLASTİKA ƏMƏLİYYATI KİMLƏRƏ APARILA BİLƏR?

Abdominoplastika əməliyyatı üçün ən uyğun namizədlər, qarın divarında artıq toxumaların pəhriz və idman vasitəsilə ortadan qaldırıla bilinmədiyi sağlam insanlardır. Bu əməliyyat əksəriyyətlə qadın xəstələrdə tətbiq edilməklə yanaşı, həm qadın həm də kişi xəstələrin tez-tez müraciət etdiyi bir əməliyyatdır. Qadınlarda daha tez-tez keçirilməsinin başlıca səbəblərindən biri, qarın divarında əzələlərin və dərinin hamiləlik zamanı dartılıb elastikliyini itirməsidir. Artıq yağ yığılıb qalması isə həm qadınlarda həm də kişilərdə görülən digər önəmli bir səbəbdir.

ABDOMİNOPLASTİKA İLƏ LİPOSUCTİON ARASINDAKI FƏRQLƏR NƏLƏRDİR?

Abdominoplastika kimi liposuction da qarın divarının yenidən formalaşdırılmasında tez-tez istifadə edilən bir üsuldur. Liposuction ya da digər adıyla yağ əmmə təşəbbüsü zamanı qarın divarında çox yağ toxuması aspirasiya yolu ilə sorulub çıxarılmaqda, buna qarşı dəri götürülməməkdə və qarın divarı əzələləri daraldılmamaqdadır. Bu səbəblə liposuction əməliyyatı, qarın dərisinin elastikliyini itirib sallanmadığı və qarın divarı əzələlərinin zəifləyib qarının gərgin görünüşünü itirmədiyi insanlarda tətbiq olunur. Abdominoplastika əməliyyatında isə qarın dərisinin elastikliyini itirib sallandığı və qarın divarı əzələlərinin zəifləyib qarının şiş görünüşü aldığı insanlarda tətbiq olunur.

Əməliyyatdan öncə pasientlərin aşağıdakılara əməl etməsi lazımdır.

Əməliyyat aparıldığı zaman kəskin xəstəliklərin (məsələn soyuqdəymə) olmamağı; əməliyyatdan 10 gün əvvəl daxilində aspirin olan dərmanlardan istifadə etməmək; əməliyyatdan 10 gün əvvəl və əməliyyatdan 3-4 həftə ərzində siqaret çəkmək qəti surətdə qadağan edilir; əməliyyatdan 1-2 gün əvvəl (həkimin göstərişləri üzrə) yalnız mayelərin içilməsi məsləhət görülür; bir gün əvvəl axşam vanna qəbul etmək lazımdır;

əməliyyat acqarına aparılır (dişlərin təmizlənməsi və ağız yaxalamaq üçün 1/2 stəkan su istifadə edilir).

Bunlardan əlavə xəstələrin əməliyyat öncəsi qan təhlillərinə ,xüsusən də hormonal muayinələrin norma daxilində olunmasına diqqət yetirilir.

Əməliyyat müddəti Bir-iki saat.

Ağrısızlaşdırma Əməliyyat klinikada ümumi ağrısızlaşdırma ilə aparılır və siz əməliyyatın ertəsi günü evə gedə bilərsiniz. Əməliyyatın necə aparılması Abdominoplastika əməliyyatında bir çox modifikasiyalar vardır.Bu əməliyyatlar 19-cu əsrin sonu 20-ci əsin əvvəllərindən icra edilməyə başlanmışdır.Sonralar 20-ci əsrin ortalarından isə müəyyən dəyişikliyə məruz qalaraq,muasir dövrümüzdəki icra formasını almışdır.Burda klassik üsulu sadə dillə başa salmaq üçün cərrah iki kəsik edir: birini göbək ətrafında, digərini, yarımdairəvi, qasıq nahiyəsinin yuxarısında və lazım olduqda onu qasıq nahiyəsində qırışlar boyunca davam etdirir. Bundan sonra həkim dərinin o əzələlər və toxumalardan ayırır ki, onlar döş qəfəsinə qədər qarın divarını yaradır. Ön qarın divarının düz əzələlərinin aralanması halında onları orta xətt üzrə tikərək çəkib dartırlar, bundan sonra cərrah artıq dəri və piyi götürür. Yaralar estetik bərpa edilir.

Əməliyyat sonrası

Pasientlər bir müddət qarındakı tikişlərə çox güc,təzyiq düşməsin deyə yarım bükülü vəziyyətdə gəzməlidirlər.İki ay korset geyinməlidirlər.Əməliyyatdan 5 gün sonra duş qəbul edilməsinə icazə verilir.Pasientlərə əməliyyatın müvafiq olaraq bir həftə,bir ay,üç ay,altı ay və bir ilinin tamamında həkimdə kontrol muayinədə olma məsləhət görülür.


Qarın divarının şəkilləndirilməsi.ABDOMİNOPLASTİKA NƏDİR?
Qarın divarının şəkilləndirilməsi.ABDOMİNOPLASTİKA NƏDİR?
Qarın divarının şəkilləndirilməsi.ABDOMİNOPLASTİKA NƏDİR?
Qarın divarının şəkilləndirilməsi.ABDOMİNOPLASTİKA NƏDİR?


Загрузка...
Müəllif: Nermine Mahmudova  11-01-2017, 13:55   Baxılıb: 800   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.