AZ AZ (az) RU RU (ru)
Qeydiyyat    Giriş
Sayta giriş
» » QIRMIZI İPİ NECƏ BAĞLIYASAN Kİ, BÜTÜN BƏLALARDAN UZAQ OLASAN?
Sağlam ailə / Ölkə xəbərləri

QIRMIZI İPİ NECƏ BAĞLIYASAN Kİ, BÜTÜN BƏLALARDAN UZAQ OLASAN?



QIRMIZI İPİ NECƏ BAĞLIYASAN Kİ, BÜTÜN BƏLALARDAN UZAQ OLASAN?


Ehtimal olunur ki, bu talisman insanı paxıllıqdan və ətrafdakı insanların pis gözündən, nəzərdən qoruyur. Qırmızı ipin mənfi enerjidən, o cümlədən, istənilən zaman qarşılaşa biləcəyimiz təhlükədən qoruduğu da iddia edilir.

Zərif yun iplərdən hətta qanaxmanın dayandırılması üçün də istifadə olunub. Əslində, qoruyucu talisman olan qırmızı ip həm vətərləri zədələmədən xilas edir, həm də pis göz və şər qüvvələrdən qoruyur. Lakin onun gücü təkcə qırmızı rəngdə deyildi. Onun bağlanma üsulu da böyük rol oynayır. Onlar ənənəvi olaraq, üç dəfə düyünlənir. Qolbağı taxdıqda bu sehrli sözləri demək lazımdır: "Tanrı köməyin olsun, müqəddəs güclər pisliyi qovacaq. Amin!"

Üstəlik, onu taxdıqdan sonra çıxarmaq olmaz. Əgər ipin özü açılarsa, bu, həyatı təhlükənin və ya zərbənin sizdən yan keçdiyini bildirən xeyirli əlamət hesab olunur. Müəyyən bir müddət qırmızı ipin itdiyini müşahidə etmisinizsə, deməli, sizi mənfi enerjidən qorumaq funksiyası layiqincə yerinə yetirilib.

Slavyanlar inanırdılar ki, sol biləyə qırmızı ip bağlamaq maddi rifahı yaxşılaşdırır, sahibinə uğur və şöhrət gətirir. Deyirlər ki, o, qan dövranını yaxşılaşdırır, baş verə biləcək bütün bəla və müsibəti insanın üzərindən götürür. Qırmızı iplərin insanın fikir və qərarlarına təsir göstərə biləcəyi də iddia olunur. Belə iplər insana öz təfəkkürünü təkmilləşdirməyə, özünü inkişaf etdirməyə və yeni zirvələrə çatmağa yardım edir.
Niyə qırmızı rəng?

Qırmızı rəng Mars planetinin, qanın və həyatın rəngidir. Qırmızı rəngin inanılmaz xüsusiyyətlərə malik olması bir çox dinlərdə öz əksini tapıb. Məhz bu rəng bizə təhlükə barədə məlumat verir. Ezoterizm mütəxəssisləri bildirirlər ki, məhz bu rəng təhlükədən xilas olmağa kömək edir. Deyilənlərə görə, insan dünya enerjisini məhz topuq və biləyi vasitəsilə əldə edir. Bu səbəbdən, bu qırmızı qolbaq insana mənfi axınların nüfuz etməsinin qarşısını alır.

Qırmızı ipi sağa, yoxsa sola taxmaq düzgündür?

Bu gün insanların çoxu qırmızı ipi sol biləyinə taxır. Əlbəttə ki, bu, prinsipial deyil. Belə ki, ipin sağ və sol biləyə taxılmasının müxtəlif izahı var. Mənalarından asılı olaraq, onu hansı tərəfə taxacağınıza siz özünüz qərar verməlisiniz.

Sol bilək üçün

Bir çox dinlərin təlimlərinə əsasən, sol əl adamın bələdçisi rolu oynayır: sol əl götürür, sağ əl isə verir. Məhz buna görə də, ipi sol ələ taxmaqla biz sanki neqativ axınların giriş kanalını bağlamağa çalışırıq. Beləliklə, sol biləyə bağlanan qırmızı ip nəzərdən, pislikdən və düşmənlərdən müdafiə edir.

Sağ bilək üçün

Bəzi etiqadlara görə, ərsiz qadınlar qırmızı ipi sağ biləyə bağlayırlar. Adətən, bu ritualı hind məbədlərinə gedən qadınlar yerinə yetirirlər. Onlar məbəddən çıxarkən qollarına qırmızı ip bağlayırlar.
Ərli qadın və kişilər isə qırmızı ipi sol qola taxırlar. Bu da onları bir-birindən fərqləndirən əsas detaldır. Bəzi müdriklər deyirlər ki, qırmızı ip var-dövlət gətirir. Xüsusilə də, onu sağ biləyə taxmaq adama uğur, firavanlıq və pul bəxş edir. Əlbəttə, bu hələ sübut edilməyib, ancaq şou-biznes ulduzları və bir çox insanlar buna inanır və öz gündəlik həyatlarında da ondan geniş istifadə edirlər.


Loading...
Müəllif: narmin  10-01-2017, 14:39   Baxılıb: 2 488   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.