Qeydiyyat    Giriş
Sayta giriş
» » DİQQƏT-UŞAQLAR ARASINDA TƏHLÜKƏLİ VİRUs YAYILIB! ANALARA XƏBƏRDARLIQ!
Sağlam ailə / Ana və uşaq

DİQQƏT-UŞAQLAR ARASINDA TƏHLÜKƏLİ VİRUs YAYILIB! ANALARA XƏBƏRDARLIQ!



DİQQƏT-UŞAQLAR ARASINDA TƏHLÜKƏLİ VİRUs YAYILIB! ANALARA XƏBƏRDARLIQ!


Goranboyda 50-dən çox uşaq kəskin respirator virusuna yoluxub. Təkcə dünən 10-dan artıq belə fakt aşkarlanıb. Uşaqlarda əsasən halsızlıq və yüksək hərarət hiss edilib.

Goranboyda uşaqlar arasında virus yayılıb. Rayon Mərkəzi Xəstəxanasına son 5 gün ərzində 50-dən çox azyaşlı müraciət edib. Yüksək hərarət, öskürək və tənəffüs çatışmazlığı ilə bağlı narahatlıq keçirən 1-5 yaş arası uşaqlar xəstəxanaya çatdırılıb.

SaqlamHeyat.Az xezerxeber.az-a istinadən bildirir ki, pediatr Təranə Həsənovanın sözlərinə görə, müxtəlif yaşlı uşaqlarda günün ikinci yarsından sonra halsızlıq, yüksək hərarət artaraq ağırlaşma halaları müşahidə olunur. Virusa yoluxanlara ilkin yardım göstərilib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin daş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, bu xəstəliklər ölkə ərazisində mövsümü xarakter alan kəskin respirator virus infeksiyalarıdır. İndiyə qədər bu virusa yoluxanların 258-dən nümunələr götürülüb, ancaq hələ ki, qrip virusu aşkarlanmayıb.

Afaq Əliyeva bu məsələdə valideynlərin bəzi nüanslara diqqət etmələrini tövsiyyə edir.

Afaq Əliyevanın sözlərinə görə, kəskin respirator virusunun yayılmasına qarşı idarə tərəfindən davamlı olaraq dezinfeksiya tədbirləri aparılır.

Müəllif: Nermine Mahmudova  6-01-2017, 09:01   Baxılıb: 943   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.