Qeydiyyat    Giriş
Sayta giriş
» » EHTİYATLI OLUN! Bu xəstəliyin xəbərçisidir!
Sağlam ailə

EHTİYATLI OLUN! Bu xəstəliyin xəbərçisidir!



EHTİYATLI OLUN! Bu xəstəliyin xəbərçisidir!


Bəzən böyüklərdə və uşaqlarda dodaqların kənarlarında dərinin və selikli qişasının tamlığı pozulur və kiçik xoralar əmələ gəlir.
Bunun səbəbi itihabdır. Bu iltihabı dərinin və selikli qişalarının üzərində daim yaşayan mikroorqanizmlər törədir. Bu mikroorqanizmlərin arasında: bakterilər (əksər hallarda streptokokk), göbələk, viruslar (əksər hallarda herpes).
Adi vəziyyətdə bu mikroorqanizmlər iltihab yaratmır - immun sistemimiz bizi onların mənfi təsirindən etibarlı şəkildə qoruyur. Lakin insanın immun sistemi müxtəlif səbəblərə görə (xəstəlik, stress, soyuqlama, vitamin çatışmazlığı və s.) zəiflədikdə, belə çatlar əmələ gələ bilər.
Çatların səbəbləri arasında:
- hipovitaminoz (vitaminlərin çatışmazlığı). Xüsusilə B2 vitaminin çatışmazlığı bu pozulmaya səbəb olur.
- kariyes, diş protezləri, breketlər
- gigiyena qaydalarına əməl etməməsi
- bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (antibiotiklər, hormonlar, şişəleyhinə preparatlar və s.)
- bəzi xəstəliklər - dəmirdefisitli anemiya (qanazlığı), mədə-bağırsaq sistemi xəstəlikləri, şəkərli diabet.
Dodaq kənarlarında çatlar ciddi xəstəlik olmasa da kosmetik defekt yaradır, insan danışanda, qida qəbul edəndə, güləndə əziyyət çəkir. Belə çatları müalicə etmək lazımdır.
Müalicə zamanı pozulmaya səbəb olan mikroorqanizmdən asılı olaraq yerli vasitə kimi müxtəlif məlhəmlər istifadə olunur - virusəleyhinə, göbələkəleyhinə, antibakterial. Belə preparatları yalnız həkim təyin edə bilər. Həmçinin insana ümumimöhkəmləndirici vasitələr (vitaminlər, immuniteti möhkəmləndirən vasitələr) təyin olunur.
Çatlar zamanı xalq təbabəti üsullarından da istifadə oluna bilər - çay ağacı yağı, çaytikanı yağı, aloe və kalanxoe kimi müalicəvi bitkilərin şirəsi zədələnmiş dərinin üzərinə çəkilir.saglamolun.az


Загрузка...
Müəllif: Nermine Mahmudova  31-03-2017, 23:05   Baxılıb: 2 112   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.