Qeydiyyat    Giriş
Sayta giriş
» » Mandarin qabıqlarından müalicəvi çay. FAYDALARI HƏKİMLƏRİ BELƏ TƏƏCCÜBLƏNDİRDİ!
Sağlam ailə

Mandarin qabıqlarından müalicəvi çay. FAYDALARI HƏKİMLƏRİ BELƏ TƏƏCCÜBLƏNDİRDİ!



Mandarin qabıqlarından müalicəvi çay. FAYDALARI HƏKİMLƏRİ BELƏ TƏƏCCÜBLƏNDİRDİ!


Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var.
Mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.
Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.
Bu çayın bir çox faydalı xüsusiyyətləri var:
- immun sistemini möhkəmləndirir
- öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir
- ishal zamanı bağırsaqları "yığır"
- bağırsaqlara antiseptik təsir edir
- qurdqovucu təsirə malikdir
- stresi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır
- qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)
- soyuqdəymə zamanı çox faydalıdır.

Saglamolun.Az
loading...


loading...
Muəllif: narmin  24-12-2016, 15:01   Baxılıb: 2 920   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.