Qeydiyyat    Giriş
Sayta giriş
» » Pensiyaçılar və tələbələrə müjdə - Tibbi sığorta pulsuz olacaq
Sağlam ailə

Pensiyaçılar və tələbələrə müjdə - Tibbi sığorta pulsuz olacaq



Pensiyaçılar və tələbələrə müjdə - Tibbi sığorta pulsuz olacaq


“Sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək icbari tibbi sığorta sisteminin maliyyələşməsində icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşdirilməsinin başlıça mənbəyi olacaq”.

Bunu "Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası" adlı konfransda çıxış edən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O qeyd edib ki, icbari tibbi sığorta həmrəylik prinsipləri əsasında fəaliyyət göstərəcək: “Bu sistemdə aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad ediləcək. İcbari tibbi sığortanın tətbiqi üçün hazırlanan baza zərfi dövlət və sığorta təminatından ibarətdir. Zərfə 1800-dən çox müalicə, müayinə xidmətləri daxil edilib. Buraya terapevtik müalicələrin çox hissəsi daxil edilib ki, onların da xərcləri icbari tibbi sığorta sistemi tərəfindən qarşılanacaq”.

Cebhe.info
loading...


loading...
Muəllif: narmin  24-12-2016, 14:29   Baxılıb: 1 721   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.