Qeydiyyat    Giriş
Sayta giriş
» » Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN DƏ FAYDALI OLACAQ!
Sağlam ailə / Dünya xəbərləri

Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN DƏ FAYDALI OLACAQ!



Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN  DƏ FAYDALI OLACAQ!


Smartfona nə yükləsəniz tıxacda darıxmazsınız və əlavə olaraq bu sizə təhlükəsiz olar. Əgər sükan arxasında yataqdan daha çox vaxt keçirirsənsə, bu mobil tədbiqləri telefonuna yükləməklə əlinin altında sənə lazım olan proqramları saxlaya bilərsən. 1. Hudway Elə anlar olur ki, sən yolu çox çətinliklə görürsən. Bu zaman sənə istiqaməti alın şüşəsinə proyeksiya etmək lazım olacaq. Sadəcə smartfonu ön panelin üzərinə qoy. Smartfon sənin gözlərin olacaq. Məntiqi cəhətdən bu eyni naviqasiya proqramıdır. Sadəcə telefona baxıb diqqətini yayındırmaqdansa, ön şüşəyə baxmaq daha təhlükəsizdir. Mobil tədbiq təyin olunmuş marşurut üzrə yolu göstərir,döngəyə qədər olan məsafəni bildirir, sürəti aşağı salmaq haqqında xəbərdarlıq edir. İstiqaməti müəyyən etdikdən sonra, yolda nə qədər duman olursa olsun Hudway sənə yol göstərəcək. Proqram pulsuz yüklənilir. Lakin müəyyən xidmətləri aktiv etmək üçün ödəniş etmək tələb olunur. 2. MyAuto İndi qənaət dövrünə gəlib çatmışıq. Əslində bütün dünya buna çoxdan keçib. Biz indi ayılmışıq. Nə isə. Avtomobilə çoxlu xərc etdiyinizi düşünürsünzsə,bunu mütləq haradasa qeyd etmək lazımdır. MyAuto mobil tədbiqində bunu rahatlıqla edə bilərsiniz . Yağdəyişmə,təkər balansı,yanacaq və avtoyumağa sərf etdiyiniz vaxtı və məbləği proqrama daxil edirsiniz. Daha sonra proqram sənə vaxtı çatdığında bunlar barəsində məlumat verilir. Buraya həmçinin mühərrikin diaqnostikası da aiddir. Məsələn: Yağı nə zaman dəyişməyi proqram sizə məlumat verəcək. İlk ödədiyiniz məbləğ yadınızda deyilsə,prorqam yadınıza salacaq.

Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN  DƏ FAYDALI OLACAQ!


Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN  DƏ FAYDALI OLACAQ!
Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN  DƏ FAYDALI OLACAQ!
Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN  DƏ FAYDALI OLACAQ!
Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN  DƏ FAYDALI OLACAQ!

Sürücülər üçün 3 faydalı mobil tədbiq - SİZİN ÜÇÜN  DƏ FAYDALI OLACAQ!


3. MapsMe Sizə internetdən istifadə etməyən,pulsuz aktual bir naviqasiya proqramı lazımdır. MapsMe. Bu xəritə mənim Bakıdan İstanbula qədər olan yolumda xilaskarıma çevrilib. İstanbul kimi böyük şəhərdə elə rahat hərəkət edirdim ki, elə bil neçə illərdir burada avtomobil sürürürəm Proqram tam pulsuz və Azərbaycan daxil dünyanın bütün ölkələrinin xəritəsi mövcuddur. Zamanla xəritə bazasını internetlə yeniləmək lazımdır. Yola çıxmazdan əvvəl edə bilərsiniz. Yenilənmə paketi adətən 50 mb-dan çox olmur. Naviqsiya işlədikdə isə internetə gərək yoxdur. Və piyada,velosipedlə,avtomobillə naviqasiya mümükündür. İstəsəniz döngələr haqqında səsli xəbərdarlıq da var. Məsələn: Mən Ankaradan Samsuna gedərkən gecə düşmüşdü. MapsMe tanımadığım bir yerdə lazım olan ünvana çox rahat gətirdi. Google Maps və ya Yandex naviqator yalnız internet olduqda işə yarayır. Siz isə hər yerdə bir mobil nömrə almaq istəmirsiniz hər halda. Və ya hansısa dağ kəndində şəbəkə olmasa belə sizə rahat hərəkət lazımdır. Proqramda əgər otel axtarışı vurursunuzsa,internetdən istifadə edərək Bookmate.com vasitəsilə elə xəritədəcə otel sifariş etmək mümkün olur. ​ Yəqin ki, sizə faydalı oldu.

loading...
Müəllif: narmin  7-02-2018, 17:29   Baxılıb: 2 386   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.