Qeydiyyat    Giriş
Sayta giriş
» » Kivini evdə çox asanlıqla yetişdirmək mümkündür.Bu elə asandır ki, bir yoxlayın!
Sağlam ailə

Kivini evdə çox asanlıqla yetişdirmək mümkündür.Bu elə asandır ki, bir yoxlayın!



Kivini evdə çox asanlıqla yetişdirmək mümkündür.Bu elə asandır ki, bir yoxlayın!


Mağazadan ən yetkin və yetişmiş kivi seçin. Kivi yumşaq və hamar olmalıdır.


Yuyun və bir neçə hissəyə bölün . Lətini(içərisini) səliqə ilə ovuşdurun. Alınmış horranı illıq su ilə dolu stəkana atın, qarışdırın və bir az sakitləşməsini gözləyin.

Kivini evdə çox asanlıqla yetişdirmək mümkündür.Bu elə asandır ki, bir yoxlayın!

Dəfələrlə yuyun yumşaq hissəsi gedəcək, tumları su üzərində üzəcək. Bu toxumları təmiz bir salfetin üzərinə yığın. 3-4 saata onlar quruyacaq, sonra onları səməni kimi göyərdin. Təmiz, yaş dəsmalın üzərinə toxumları düzün, və üzərinə nəm tənzif sərin. Günəşli bir yedə göyərməsini gözləyin. hər gün üzərindəki tənzifi nəm edib, təzədən örtün. Təxminən 7-10 günə toxumlar göyərəcək.

Kivini evdə çox asanlıqla yetişdirmək mümkündür.Bu elə asandır ki, bir yoxlayın!


Gül dibçəyi götürün və onu torpaqla doldurun. Hamamda dibçəyi bolluca sulayın, iki saat ərzində saxlayın. Torpaqda çala qazın, çalanın dərinliyi 5-10 mm olmalıdır, bura 2-3 toxum qoyun. Onların üzərinə torpaqla yavaşca örtün, otaq temperaturunda olan su tökün. Üstünü plyonka ilə yaxşıca örtün. Dibçəyi isti günəş olan yerə qoyun. 3-6 gün sonra dibçəkdə ilk cücərtilər olacaq. Üzərindəki plyonkanı çıxarın. Qışda kivini ayda 2-3 dəfə suvarmaq kifayətdir. Vegetasiya (yazda və yayda) dövründə bitkilərə daha çox su tələb olunur, ona görə də bu mövsümdə həftədə 2 dəfə suvarmaq lazımdır.

Kivini evdə çox asanlıqla yetişdirmək mümkündür.Bu elə asandır ki, bir yoxlayın!


Unutmayın bitkiləri seyrəkləşdirmək lazımdır, yoxsa onlar bir-birinə mane olacaq. Erkən mərhələlərdə onları torpaqdan ayırmaq asan olar. Az sonra bunu etmək artıq mümkün olmayacaq, çünki kividə kök sistemi kifayət qədər sürətlə inkişaf edir.

loading...
Müəllif: Nermine Mahmudova  16-12-2016, 09:34   Baxılıb: 27 746   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.