Qeydiyyat    Giriş
Sayta giriş
» » Eynəyi çıxardın! Bu sınanmış üsul, 2 həftəyə görmə qabiliyyətini 100% geri qaytarır!
Sağlam ailə / Göz xəstəlikləri

Eynəyi çıxardın! Bu sınanmış üsul, 2 həftəyə görmə qabiliyyətini 100% geri qaytarır!



Eynəyi çıxardın! Bu sınanmış üsul, 2 həftəyə  görmə qabiliyyətini 100% geri qaytarır!


SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, böyük şəhərlərdə sağlam yaşama qaydaları olduqca çətindir, amma onlara riayət etmək mütləqdir, xüsusilə, əgər söhbət gözlərimizin sağlamlığından gedirsə. Beş əsas hissiyat orqanlarından ən əhəmiyyətlisi olan görmə qabiliyyəti bizə dünyanı görməyə imkan yaradır. Biz sizə bu sahədə yaranmış xırda problemləri aradan qaldırmaq üçün bəzi məsləhətlər təqdim edirik.

Görmə qabiliyyətimizi zəiflədən amillərdən biri bütün gün kompüter arxasında olmağımızdır. Bunun üçün kompüterdə işləyərkən diqqət edin ki, təsvirin ziddiyyəti yüksək, parlaqlıq isə içəridə olan işıqlandırma ilə uyğun olsun.

Monitoru elə yerləşdirin ki, işıq gözünüzə yandan düşsün və sizinlə kompüterin arasındakı məsafə 50-60 sm az olmasın. Biz kompüter arxasında işləyərkən gözümüzü həmişəkindən daha az qırpırıq, buna görə gözlərimiz quruluqdan əziyyət çəkir. Bunun üçün kompüterin yanında hava nəmləndiricisi qoymaq məsləhətdir.

Gözlərinizi sağdan sola, yuxarıdan aşağıya, saat əqrəbi istiqamətində və əks tərəfə fırladın.
İki dəqiqə ərzində növbə ilə gah yaxın, gah da ki uzaqda olan predmetlərə baxın.
Hər 5 saniyədən bir gözlərinizi qırpın.
Gözünüzü 5 saniyə ərzində yumun, sonra geniş açın. Bu hərəkəti 7 dəfə təkrarlayın.
Göz qapaqlarını barmaqlarınızla yavaşca 15 saniyəlik sıxıb saxlayın, sonra buraxın, gözlər istirahət etdikdən sonra isə təkrarlayın. Bu hərəkəti isə 5 dəfə təkrarlamaq lazımdır.
Gözlərimizin ətrafında yaranmış şişləri və tünd ləkələri soyudulmuş portağal və ya naringi dilimləri yox etməyə kömək edəcək. Profilaktika məqsədi ilə hər səhər göz qapaqlarınızı müalicəvi bitki cövhərlərindən (zəncirotu, turşəng, çobanyastığı) hazırlanmış buz tikəsi ilə silin.

Əgər gözləriniz qızarıb və yaxud şişibsə, bu zaman cəfəri dəstəsini xırda-xırda doğrayın, tənzifə bükün, üzərinə qaynar su tökün və alınmış kompresi soyudun və gözlərinizin üzərinə qoyun.
Bunda əlavə qaşıq vasitəsi ilə də göz ətrafını masaj edə bilərsiniz, bu yorğunluğu və qızartını götürür. Bu sadə üsul görmə qabiliyyətinə də çox yaxşı təsir edir.

Əgər görmə qabiliyyətiniz pisləşirsə, bu zaman ilk öncə təbii ki, həkimə müraciət etmək lazımdır və o da çox güman ki, öz növbəsində sizə eynək resepti yazacaq. Digər bir üsul da əməliyyat olunmaqdır, lakin cərrahiyənin müdaxiləsindən bir neçə il sonra görmə qabiliyyətinin necə olacağını bilmək olmaz. Başqa variant kimi isə siz həm də kontakt linzalardan istifadə edə bilərsiniz. Lakin unutmayın ki, linzalardan uzun müddət istifadə zamanı hipoksiya yaranır, yəni gözlərdə oksigenin çatışmamazlığı.

Gözlərin sağlam olması üçün lazım olan qida məhsulları

A vitamini ilə zəngin qaragilə, kök, dananın qaraciyəri və ispanaq gözlər üçün faydalı hesab edilir. Adi xörək duzunu yodlaşdırılmış duz ilə əvəz edin, tərkibində xlorlu kalsium, qlükoza və yod olan dəniz kələmi və baldan istifadə edin. B2, C, K, PP vitaminlərini qəbul edin.

Unutmayın ki, düzgün və sağlam qida məhsulları sizə orqanizmdə yaranan istənilən problemlərin qarşısını almağa kömək edəcək.

Eynəyi çıxardın! Bu sınanmış üsul, 2 həftəyə  görmə qabiliyyətini 100% geri qaytarır!


Müəllif: Nermine Mahmudova  30-12-2017, 19:13   Baxılıb: 57 989   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.