Qeydiyyat    Giriş
Sayta giriş
» » 2 SADƏ İNQREDİENTDƏN İSTİFADƏ ETMƏKLƏ, ORQANİZMİNİZDƏKİ PİY QATLARINDAN, PARAZİTLƏRDƏN ASANLIQLA XİLAS OLUN!
Sağlam ailə / Dietik məsləhətlər

2 SADƏ İNQREDİENTDƏN İSTİFADƏ ETMƏKLƏ, ORQANİZMİNİZDƏKİ PİY QATLARINDAN, PARAZİTLƏRDƏN ASANLIQLA XİLAS OLUN!



2 SADƏ İNQREDİENTDƏN İSTİFADƏ ETMƏKLƏ, ORQANİZMİNİZDƏKİ PİY QATLARINDAN, PARAZİTLƏRDƏN ASANLIQLA XİLAS OLUN!


SaqlamHeyat.az xarici mətbuata istinadən buldirir ki, kətan toxumu nadir müalicəvi xüsusiyyətlərinə malik olan məhsuldur.
Təəssüf ki, bizdə kətan toxumu, kətan unu, kətan yağı populyar deyil. Xaricdə isə bu məhsullar çox geniş istifadə olunur.
Kətan toxumu A, C, E, F vitaminlərlə, kalium, marqans, maqnezium, dəmir, sink, kalsium, yod kimi mikroelementlər, aminturşular, antioksidantlarla zəngindir.
Kətan toxumu çox güclü işlətmə dərmanıdır. Kətan toxumu bağırsaqları yaxşı təmizləyir, qəbizlikdən azad edir və arıqlamağa kömək edir.
Tarixi fakt: keçmişdə hərbi paradlardan 1 gün əvvəl atlara kətan toxumu verirdilər ki, atların bağırsaqları yaxşı təmizlənsin və parad zamanı atlar meydanı çirkləndirməsin.
Mixəyin qönçələri evgenol, kariofillen, beta-mirsen, pinen kimi ətirli birləşmələrlə zəngindir. Tərkibində 20%-ə qədər efir yağı, qlikozidlər, kariofillen, oleanol turşusu, selik, humulen, piyli yağlar, aşı maddələri, A, B1, B2, PP, C vitaminləri, maqnezium, kalsium, natrium, fosfor və dəmir kimi minerallar var. Efir yağları mixəyə özünəməxsus ətir və yandırıcı dad verir.
Mixək bir çox inkişaf etmiş ölkələrində dərman istehsalı zamanı istifadə edilir. Ondan yerli qıcıqlandırıcı, isidici, ağrıkəsici, iltihabəleyhinə təsir göstərən məlhəm, balzam və dərmanların hazırlanmasında istifadə edilir.
Mixək orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir.
Bağırsaqları təzmizləmək və arıqlamaq məqsədi ilə 1 desert qaşığı kətan toxumu və 1 çay qaşığı mixək üyüdərək, 1 stəkan təmiz suda qarışdırıb səhər tezdən kiçik qurtumlarla acqarına içmək lazımdır. Müalicə kursu - 1 həftədir.

loading...
Müəllif: Nermine Mahmudova  11-05-2018, 01:00   Baxılıb: 23 697   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.