Qeydiyyat    Giriş
Sayta giriş
» » 3 günə orqanizmin şlaklardan təmizlənməsi.Bu üsul xərçəngdən qoruyur və bədəndə yığılan artıq mayeni xaric edir.
Sağlam ailə

3 günə orqanizmin şlaklardan təmizlənməsi.Bu üsul xərçəngdən qoruyur və bədəndə yığılan artıq mayeni xaric edir.



3 günə orqanizmin şlaklardan təmizlənməsi.Bu üsul xərçəngdən qoruyur və bədəndə yığılan artıq mayeni xaric edir.


İstırahət günlərində, 48 saat ərzində detoksiya edin, bu qaraciyəri, böyrəkləri, bağırsaqları toksinlərdən təmizləyir, 2 kq arıqladır!

SaqkamHeyat.az xarici mətbuata istinadən bildirir ki, sağlamlıq və gözəlliyinə fikir verən insanlar, zamanla orqanizmin detoksikasiyası kursunun keçirilməsinin nə qədər vacib olduğunu anlayırlar.
Bu müasir "detoks" sözünün arxasında ne dayanır və o nə üçün bu qədər vacib sayılır?
İlk öncə bildirmək lazımdır ki, toksinlər - insan orqanizmində ola bilən bakteriya, virus, göbələk və ya parazitlər kimi infeksion agentlər tərəfindən istehsal olunan bioloji mənşəli zəhərdir. Həmçinin havadan, sudan və qeyri sağlam qidadan orqanizmə duşən maddələri toksin adlandırmaq olar. Məhz bunun üçün hər il orqanizm üçün detoksikasiya lazımdır.
Detoksikaiya hansı problemləri həll edir?
Adından bəlli olduğu kimi, ilk növbədə bu orqanizmin təmizlənməsi, onun əsas filtrləri olan: böyrək, ciyər və yoğun bağrsağın işinin normallaşmasıdır. Böyrək və ciyərin vacibliyini tez-tez eşidirik, lakin yoğun bağırsağın vacibliyi haqda çox az məlumat vardır. Lakin, məhz yoğun bağrsaq suyu və qidalı maddələri adsobsiya edərək(udmaq), nəciz kütləsinin formalaşmasında iştirak edir.Yüksək karbohidratlı və yağlı olan, tərkibində az selüüloz olan yeməkləri n qəbulunun nəticəsində yoğun bağırsağın divarlarında özünəməxsus ərp yaranır ki, o da, zamanla nəcis daşının əmələ gəlməsinə səbəb olur. Bununla da orqanizmi toksinlərdən qoruyan yoğun bağrsağın selikli qişasının dağılması baş verir. Beləliklə emal olunan məhsullarla orqanizmin zəhərlənməsi baş verir, belə ki onlar da qidalı maddələr kimi yoğun bağırsağa mənimsənilirlər. Məhz bu hadisənin aradan qaldırılması üçün detoks həyata keçirilir.
- Dərinin təmizlənməsi.Səpkilərdən azad olunma və dəri rəngini yaxşılaşdırılması.
- Ağızdan gələn xoşagəlməz qoxunun aradan qaldırılması(əgər bu yoğun bağırsaqla əlaqəlidirsə).
- Enerji səviyyəsinin artması. Belə ki, təbii təmizlənmə nəticəsində bütün daxili orqanların işi normallaşır.
- Çəkinin stabilləşməsi o səbəbdən baş verir ki, orqanizm normal işlədiyi zaman bütün qidalı maddələr qana rahat daxil olaraq, qidalı maddələr ehtiyacını doldurmaq üçün normdan artıq yeməyə ehtiyac qalmır.
Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
1. Alma və darçın

Bir almanı nazik doğrayın və üzərinə 500 ml təmiz su tökün, 1 çay qaşığı döyülmüş darçın əlavə edin, soyudun və gün ərzində için. Alma və döyülmüş darçının birləşməsi sizə maddələr mübadiləsini normallaşdırmağa və həzm traktını təmizləməyə yardım edəcək.
2. Limon suyu və bal
2 xörək qaşığı təzə sıxılmış limon suyunu 200 ml isti su ilə qarışdırın, 1 çay qaşığı təbii bal, bir çimdik döyülmüş zəncəfil əlavə edin. Acqarına, zəhər yeməyindən yarım saat əvvəl için. Bu sizə həzm sistemini təmizləməyə, qan damarlarının divarlarını möhkəmləndirməyə kömək edəcək və sizə həyat enerjisi bəxş edəcək.
3. Zəncəfil içkisi
Az miqdarda təzə zəncəfil kökünün (3-4 sm) qabığını soyun və xırda-xırda doğrayın, üzərinə 1 litr qaynar su tökün, qaynadın və orta odda 10 dəqiqə bişirin və sonra süzün. Soyuduqdan sonra bir çimdik döyülmüş darçın və bir neçə xörək qaşığı itburnu siropu əlavə edin. Gün ərzində yeməkdən yarım saat əvvəl 100-150 ml için. Bu zaman həzm sistemi, maddələr mübadiləsi normallaşır, həyat tonusu qalxır və bu içkinin bərpaedici xüsusiyyətləri özünü göstərir.
4. Çuğundur şirəsi
1 ədəd çuğundur, 2 alma və 4 kərəviz sapından təzə sıxılmış şirə hazırlayın, gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin.
5. Sağlamlıq kokteyli
1 portağal, 1 limon və 1 kökdən təzə sıxılmış şirələr hazırlayın, 100 ml mineral su ilə qarışdırın. Acqarına yeməkdən yarım saat əvvəl için. Bu kokteyl yorğunluğa qarşı mükəmməl vasitədir, tərkibində yüksək miqdarda antioksidant mövcuddur.
6. Xiyar və kərəviz
1 xiyar və 1 kərəviz kökünü xırda doğrayın, 300 ml su əlavə edin. Gün ərzində için. Bu içki ağır, yüklənmiş günlər üçün idealdır.
loading...


loading...
Muəllif: narmin  26-11-2016, 09:36   Baxılıb: 20 789   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.