Qeydiyyat    Giriş
Sayta giriş
» » Xərçəngin müalicəsi adı ilə insanlara sırınan çarələr
Sağlam ailə / Xəbərlər

Xərçəngin müalicəsi adı ilə insanlara sırınan çarələr



Xərçəng xəstəliyi bəşəriyyətin qurtula bilmədiyi ən qorxulu bəlalarından biridir. Bir ildə 7,6 milyon insan sözügedən xəstəlikdən dünyasını dəyişir. Bu, dəhşət doğuran rəqəmlərdir.

Yaş artdıqca xəstəlik riski daha da artır. Ümumilikdə isə xərçəng əsasən orta yaşlı insanlarda daha çox müşahidə olunur. Bu risk kişilərdə 51, qadınlarda isə 43 faiz təşkil edir.

Xərçəng xəstəliyi nədir?

Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin zədələnməsi ilə hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsində meydana gəlir.  

Yaranma səbəbləri- Xərçəng qədim dövrlərdə çox nadir xəstəlik olub və ona praktik olaraq rast gəlinməyib. Bu gün artıq xərçəng təbii səbəblərdən yaranan xəstəlik deyil. Müasir dövrdə ərzaqların tərkibinə qəsdən zərərli maddələrin əlavə edilməsi, ətraf mühitin, ekologiyanın çirkləndirilməsi, yeniyetmə nəsillərə pis vərdişlərin ( spirtli içkilər, tütün məhsulları, narkotik maddələr və s.) aşılanması insan həyatına zərbə vuracaq nəticələrə yol açır. 

Xərçəngi müalicə etdiyini iddia edən vasitələr;

1. Mütəxəssislərin fikrincə, bədxassəli törəmələrin müalicəsində akulanın qanındakı böyük miqdarda anticisimlər çox səmərəli ola bilər. Yaxın vaxtlarda bu üsul sınaqdan keçiriləcək. Alimlər bildiriblər ki, az dozada akula qanının onkoloji xəstənın orqanizminə tədricən tətbiq edilməsi planlaşdırılır.

2. Türk professorlar xüsusilə Anadolu növünə aid arıların zəhərinin qaraciyər, qan və digər xərçəng hüceyrələrinə məhvedici təsir göstərdiyini deyiblər. Alimlər xərçəngin bu zəhər vasitəsilə müalicə olunmağını tövsiyə ediblər.

3. Soda ilə xərçəng xəstəliyini tam müalicə etmək mümkündür.Bu müəlicə üsulunu italiyalı alim, həkim-onkoloq Tullo Simoncini irəli sürüb.

4. Polşalı loğman P.Pauletta illər öncəsi bu xəstəliyin müalicəsində ağ neftdən istifadə edib. O, iddia edib ki, xərçəngi, eləcə də qanla bağlı digər xəstəlikləri ağ neftlə müalicə etmək olar. Paulettanın fikrincə, hətta sağlam adam on beş damcı nefti qənd parçasının üzərinə töküb qəbul edə bilər. Türkəçarə ilə məşğul olan loğmanın fikrincə, xəstəliklərin qarşısını almaq üçün il ərzində bir neçə çay qaşığı ağ neft içmək ziyan verməz.

5. Amerikalı doktor isə iddia edir ki, xərçəng xəstəliyi deyə bir xəstəlik yoxdur. "Xərçəng xəstəliyi yoxdur – bu, sadəcə biznesdir.  Xərçəngin müalicəsi çoxdan tapılıb. Bu, sadəcə, B17 vitamininin çatışmazlığıdır...”   Buğda cücərtiləri, paxlalı bitkilər, giləmeyvələr, meyvələrin toxumları və çəyirdəklərini yemək bu xəstəliyin qarşısını ala biləcək potensialdadı.Onlar xərçəngin möcüzəvi dərmanıdır, maya oksigenin və laetrilin ən yaxşı mənbəyidir. Laetril isə xərçəngə qarşı olan maddələrin ən güclüsüdür.

6. NOSH qaz aspirini Nyu-Yorkun Tibb Kollecinin kimya professoru Xosrov Kəşfinin kollektivi tərəfindən ixtira olunub. Yeni aspirin xərçənglə mübarizə şanslarını artırır və hətta adi aspirinin gündəlik qəbulu zamanı müşahidə olunan ziyanlı əlavə təsirini azalda bilir. Bədxassəli şişlərlə mübarizədə ənənəvi aspirinin effektivliyi bir qədər əvvəl sübut olunub.

7. Britaniya alimləri qızılın köməyi ilə bədxassəli şişlərin məhv edilməsi üzrə texnologiya işləyib hazırlayıblar. Kembric Universiteti kollektivinin nanomühəndisliyin köməyi ilə yaratdığı qızıl və sisplatin dərmanının qarışığı onkoloji xəstələrin müalicəsi üçün geniş tətbiq olunub. Tədqiqatların rəhbərlərindən biri olan Mark Velland bildirib ki, bu üsulla xərçəngə yoluxmuş hüceyrələr məhv etmək mümkündür.

8. Xərçəng xəstəliyinə tutulan Enn Kamerona kök şirəsi vasitəsilə özünü müalicə edə bilib. Və bundan sonra Kökün köməyi ilə xərçəngin müalicəsi” adlı kitab yazıb.

9. Sadə kənd kəsmiyi qorxunc bəladan qurtarmağın ən sadə yolu imiş. Doktor Cohanna Badviqin sözlərinə görə, xərçəng xəstəliyinin əsas səbəbi rafinə olunmuş (yəni, emal edilmiş)yağlar və karbohidratlardır. Təbii yağ turşularının orqanizmdə çatışmazlığı orqanizmdə infarkta, aterskleroza, peptik xoraların yaranmasına səbəb olur."Kəsmik — möhtəşəm dərmandır! Ancaq onu qeyd etmək lazımdır ki, bu, dükan südündən alınan kəsmik yox, təbiətin təmiz suyu, göy otu ilə bəslənən kənd inəklərinin südündən alınmış, süni maya ilə deyil, limon suyu ilə hazırlanmış kəsmik olmalıdır." — deyə Badviq bildirib.

10. Quanabana - Bu yumşaq tikanlı, yaşıl, uzunsov yemişə bənzər meyvəyə "darçın alması” da deyilir. Tibbdə təbii kimyaterapiya kimi istifadə edilir. Aparılan araşdırmalara əsasən məlum olub ki, bu bitkinin xərçəng əleyhinə xüsusiyyətləri var.

Bu üsullar irəli sürülən versiyaların sadəcə bir neçəsidir. Onlarca belə üsullar vardır ki, xərçəngi müalicə etdiyi iddia edilir.

Belə iddialar da mövcuddur ki, xərçəng sağalmaz xəstəlik deyil. Hətta son 2 əsrdə dəfələrlə bu xəstəliyin çarəsini tapdığını bildirən həkimlər olmuşdur. Lakin, həmin həkimlər çarəni tapdığını elan etdikdən qısa müddət sonra ya iddialarını yalanlamışlar, ya da ki, hansısa bədbəxt qəza sonucunda həyatını itiriblər. Bu, onunla izah olunur ki, xərçəngin müalicəsinin tapılması Ümumdünya Səhiyyə Təşkilatının maraqlarına ziddir. Çünki, xərçəng xəstəliyinin bu təşkilata milyardlar qazandırdığı bildirilir. Sosioloqlar bunun həm də dünya əhalisinin təbii artımına müdaxilə niyyətilə məqsədli şəkildə yaradılmış xəstəliklərdən biri olduğunu qeyd edirlər.//faktor.az

loading...


loading...
Muəllif: narmin  7-11-2016, 16:42   Baxılıb: 2 005   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.