Qeydiyyat    Giriş
Sayta giriş
» » 1 gecədə bu kompreslə ciyərlərinizı və nəfəs yollarınızı bəlğəmdən təmizləyəcəksiniz!
Sağlam ailə

1 gecədə bu kompreslə ciyərlərinizı və nəfəs yollarınızı bəlğəmdən təmizləyəcəksiniz!



 

 

Darçın və bal kompresi 1 gecədə öskürəyi kəsir, nəfəs yollarını və ciyərləri təmizləyir

 

 
Darçın və bal yaxısı(kompres) güclü öskürəyi müalicə edir və cəmi bir gecə ərzində bəlğəmi təmizləyir!
 
 
Öskürəyin müalicəsi üçün Bal yaxısını necə etmək olar?
SaqlamHeyat.az xarici mətbuata istinadən bildirir ki, siz cəmi bir neçə dəqiqəyə tez və asanlıqla Bal kompres edə bilərsiniz.

Bunun üçün sizə lazım olacaq:
Bal
Zeytun yağı
Darçın
Salfet
Tənzif
Un
Plastır

Təlimat:
Az miqdarda bal ilə unu və 1 xörək qaşığı qarçını qarışdırın, qarışım elə olmalıdır ki, ələ yapışmasın.
Bir az zeytun yağı əlavə edin, sonra isə oxlovun köməyi ilə onu xəmir kimi açın.Yapışmaması üçün undan istifadə edə bilərsiniz.
Qarışığı salfetin üzərinə qoyun, sonra isə tənziflə onu bələyin.
Sinə və kürəyə istifadə edərək, üzərindən plastr yapışdırın.

Qeyd: Uşaqlar üçün bu yaxını yatmamışdan əvvəl 2-3 saat əvvəl edin, yatanda çıxarıb təmizləyin. Böyüklər üçün isə bütün gecə boyu qalması məsləhətdir.

Bundan əlavə başqa vasitələrdən də istifadə edə bilərsiniz.

 1 xörək qaşığı un, 1 xörək qaşığı quru xardal, 1 xörək qaşığı günəbaxan yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı arağı qarışdırın və su hamamında qarışdıra-qarışdıra isindirin. Alınmış kütləni pambıq əskiyə çəkin və xəstənin döş qəfəsinə qoyun. Üstündən polietilen plyonka ilə örtün, isti şərflə bağlayın və bu kompreslə yatın.

Kompresləri yalnız xəstədə hərarət normada olduqda istifadə etmək olar.

Gün ərzində dəmləmə, axşam kompres və yatmazdan əvvəl ayaq vannaları istifadə edə bilərsiz.

 

Qeyd:İstənilən vasitəni istifadə etdikdən əvvəl həkimlə məsləhətləşməniz zəruridir!


 

loading...


loading...
Muəllif: narmin  31-10-2016, 10:25   Baxılıb: 19 645   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.