Qeydiyyat    Giriş
Sayta giriş
» » Keçəlliyə son! Qısa müddətdə saçları çox sürətlə uzadan,tük gətirən, onları gur və parlaq edən ucuz, sadə, möcüzəvi maska!
Çàãðóçêà...
Sağlam ailə / Gözəllik

Keçəlliyə son! Qısa müddətdə saçları çox sürətlə uzadan,tük gətirən, onları gur və parlaq edən ucuz, sadə, möcüzəvi maska!



 

 
Keçəlliyə son! Qısa müddətdə saçları çox sürətlə uzadan, tük gətirən, onları gur və parlaq edən ucuz, sadə, möcüzəvi maska!

SaqlanHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, gənəgərçək yağı  saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir.

O, unikal tərkibi sayəsində hər bir tükü görünməz plyonka ilə örtərək saçları çox yaxşı qidalandırır. Xüsusi ortük saç özəyinə qidalı maddələr hopdurur və üzərində nəmi qoruyub saxlayır. Bundan əlavə o, üzərində olan pulcuqları yapışdıraraq, zədələnmiş sahələri hamarlaşdırır. Nəticədə zədələnmiş saç strukturu hamarlaşaraq, saçın görkəminə sağlamlıq, parlaqlıq və hamarlıq verir.

Bundan əlavə  gənəgərçək yağı  nəinki saçın strukturuna, həmçinin baş dərisinə də çox yaxşı  təsir göstərir. Epitellərə hoparaq, hüceyrələrdə olan mübadilə prosesslərini yaxşılaşdırır, bakteriyaları məhv edir, iltihabı aradan qaldırır, dərinin elastikliyini artırır və qan dövranını gücləndirir. Saç soğanaqları xeyirli maddələrdən qidalanır və nəticədə güclənir və işi aktivləşir. Məhz follikul funksiyası və mübadilə prosesslərinin gücləndirilməsi səbəbindən, gənəgərçək yağını saçların uzadılması və həcmin artması üçün geniş istifadə edirlər.

Hər birimiz gözəl və parlaq saçlara sahib olmaq istəyirik. Saçlarımızın gözəlliyi birbaşa bizim sağlamlığımızın vəziyyətindən asılıdır. Yanlış qidalanma, stress, xarici amillərin zərərli təsirləri onları solğun və cansız edərək saçlarımıza ciddi zərər verirlər. Bəs əgər reklam olunan vasitələr bu problemi həll etməyə kömək etmirsə bu zaman nə etmək olar?

Saçlarımıza gözəlliyi və sağlamlığı qaytarmağa kömək edən ən effektiv vasitələrdən biri də yumurta sarısından hazırlanmış maskalardır. Yumurta sarısı saçlarımız üçün vacib olan vitamin və mikroelementlərlə zəngindir. Toyuq yumurtasının sarısında on üç vitamin növü və on beş mikroelement mövcuddur. Bunların içində A, B vitaminləri, kalsium, dəmir, fosfor, maqnezium, kalium, kükürd, natrium və başqaları var. Bu səbəbdən yumurta sarısından saçlar üçün hazırlanmış maska belə müalicəvi təsirə malikdir.

Saçlar üçün yumurta sarısından hazırlanmış maska resepti:

İki yumurtanın sarısını və 3 xörək qaşığı gənəgərçək yağını qarışdırırıq və A vitaminindən bir neçə damcı əlavə edirik. Maskanın daha effektli olması üçün ona 1 xörək qaşığı ilıq bal da əlavə etmək olar.
Maskanı saçlara çəkirik və nazik sellofanla sarıyırıq üstündən isə dəsmalla bükürük. Yarım saat sonra saçlarımızı ilıq suyla yuyub təmizləyirik.
Bu maskanı həftədə 1 dəfəni istifadə etmək lazımdır. O zədələnmiş saçın strukturunun bərpasına imkan yaradır, nəticədə də saçlar qalınlaşır, daha sıx və yumşaq olur və sağlam parıltı əldə edir. Saçlar sürətlə uzanır.


loading...
Müəllif: Nermine Mahmudova  19-10-2016, 12:05   Baxılıb: 27 262   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...