Qeydiyyat    Giriş
Sayta giriş
» » Pəhrizlər saçınıza zərər verir
Sağlam ailə / Gözəllik

Pəhrizlər saçınıza zərər verir



Pəhrizlər saçınıza zərər verir

Zəif bədən imici bu günü ən aktual problemlərindən biridir. Arıqlamaq istəyənlərin müraciət etdiyi diyetalar isə sağlamlığa ciddi zərər verir. Artıq çəki səbəbiylə ildə 2,8 milyon insan həyatını itirir. Şüursuzca edilən pəhriz sağlamlıq üzərindəki təsirləri böyükdür.

Möcüzəvi olaraq təqdim edilən diyetalar daxili orqanları təhlükəyə salır

Qısa müddətdə möcüzəvi dərəcədə çəkidən azad olmağı vəd edən qeyri-sağlam pəhriz siyahıları var. Arıqlamaq müddətində ən sıx edilən səhvlər ac qalaraq kilo verməyə çalışmaq, tək tip bəslənmək və ani kilo vermək üçün şok pəhrizlər etməkdir. Ancaq tez-tez tətbiq olunan bu forma, bir çox xəstəliyə səbəb olarkən, orqanları təhlükəyə atmaqdadır.

Şüursuz pəhriz saçı tökür, əsəb yaradır, sümük sağlamlığını pozur

Kafi və balanslı bəslənmə sağlamlığın əsasıdır. İnsan bədəninin böyüyüb inkişafı və sağlam bir şəkildə uzun müddət yaşaya bilməsi üçün bir çox fərqli qida elementinə ehtiyacı vardır. Sürətli kilo vermək uğrunda şüursuzca edilən dietalarla qeyri-kafi və balanssız bəslənən kəslərdə; qeyri-sağlam və zəif bir görünüş, baş gicəllənməsi, halsızlıq, yorğunluq, üşümə, istəksiz və ağır hərəkətlər, baş ağrısı, unutqanlıq, konsentrasiya əskikliyi, əsəbi ruh halı, qəbizlik, aybaşı nizamsızlıqları, qansızlıq, dəmir əskikliyi, sümük sıxlığında azalma, qeyri-sağlam və quru dəri quruluşu, saç tökülməsi və xarab dırnaq quruluşu, aşağı immunitet sistemi və tez-tez xəstəliklərə tutulma şəklində şikayətləri müşahidə olunur.

Çəki vermək üçün ürək ritminizi pozmayın

Həftədə 4-5 kilo verdirən diyetlər, aşağı kalorili olur və lazımlı qida elementlərini ehtiva etmir. Bu diyetanı saxlayanlarda çəki itkisi yağ kütləsindən deyil, əzələ və suda baş verir. Bu itki, ürək əzələlərində də söz mövzusu ola bilər və ürək ritmində pozuqluqlar meydana gələ bilər. Maddələr mübadiləsi sürətini salan bu diyetlər sonrası verilən kilolar, sürətlə geri alınmaqda və daha sonra edilən dietalarla kilo vermək daha da çətinləşməkdədir.

Zülal diyetaları mütəxəssislərin müşhidəsində aparılmalıdır

Son dövrlərdə xeyli məşhur olan zülal məzmunlu pəhrizlər də diqqət edilməlidir. İnsan bədəni zülaldan zəngin qidaları həzm etmək üçün daha çox enerji xərcləyir. Bu qidalar, mədəni gec tərk etdiyi üçün daha uzun müddətli toxluq hissi yaradır. Lakin gündəlik istifadə olunan zülal miqdarına fiziki xüsusiyyətləriniz və qan dəyərlərinizi göz qarşısında saxlayaraq mütləq mütəxəssiin qərar verməsi və bu yeməkləri bəslənmə planınıza balanslı bir şəkildə oturması lazımdır.

Şüursuz pəhriz ürək, böyrək və qaraciyərinizdə qalıcı ziyan buraxa bilər

Zülal ağırlıqlı qidalar xolesterol və yağ ehtiva edir. Doymuş yağların və trans yağ turşularının çox qəbul edilməsi damar tıxayıcı xüsusiyyətdədir və ürək xəstəlikləri ilə əlaqələndirilməkdədir. Uzun davamlı tətbiq olunan zülal pəhrizləri böyrəklər üzərində müvəqqəti, ya da qalıcı ziyana səbəb ola bilər. Yüksək zülal məzmunlu pəhrizlərdə kifayət qədər tərəvəz və meyvə yeyilməz. Ancaq kafi tərəvəz və meyvə yemək ürək-damar xəstəlikləri, mədə xərçəngi və kolorektal xərçəng riskini azaldır.

Qəzet, jurnal ya da internetdəki pəhriz proqramları hər kəs üçün uyğun deyil

Bəslənmə tamamilə adama xas olmalıdır. Zəifləmə proqramının ilk addımı həkim yoxlamasıdır. Ardından fərdin yaşı, boyu, cinsi, ixtisası, mövcud xəstəlikləri və bəslənmə vərdişləri araşdırılır. Bütün bunların nəticəsində diyetisyen tərəfindən bəslənmə proqramı hazırlanır.

Balanslı və sağlam bəslənməyi həyatınızın bir parçası halına gətirin

Pəhriz, qısa müddətli və yalnız zəifləmə məqsədli olmamalıdır. İdeal çəkiyə düşdükdən sonra belə insan bu çəkini qorumaq üçün xüsusi qidalanma proqramından istifadə etməlidir. Həyatın hər mərhələsində kafi və balanslı bəslənmə, əsas ünsürdür.



loading...
Müəllif: narmin  1-07-2016, 14:00   Baxılıb: 1 003   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.