Qeydiyyat    Giriş
Sayta giriş
» » Yeməklərə bu, çox dadlı ədviyyatdan qatsanız, ağız qoxusunun nə olduğunu birdəfəlik unudacaqsınız!
Çàãðóçêà...
Sağlam ailə

Yeməklərə bu, çox dadlı ədviyyatdan qatsanız, ağız qoxusunun nə olduğunu birdəfəlik unudacaqsınız!



 

Zaman-zaman bəzi insanlarda ağızda yaranan xoşagəlməz qoxular narahatlığa səbəb olur. Belə ki, ağız qoxusu hər kəsin ağzında olan gündəlik bakteriyaların yığılması nəticəsində yaranan qoxudur.

SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, patoloji ağız qoxusu isə ətrafdan hiss ediləcək dərəcədə olur. Ağız qoxusu lokal və sistemik xəstəliklər səbəbiylə də ortaya çıxır.

Ağızdakı çürük dişlər, plomblar, köhnəlmiş örtmələr, dil üzərində yığılmış mikroorqanizmlər və yaranan faringit lokal səbəblərə aiddir.

Bağırsaq, mədə, qaraciyər xəstəliklərindən yaranan ağız qoxusu sistemik səbəblərə aiddir.

Ağız qoxusundan xilas olmaq üçün ilk növbədə dişlərə xüsusi qulluq etmək, dişarasında olan qida qalıqlarını və dili təmizləmək vacibdir.

Çoxlu su içmək ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteriyiların yuyulub aparılmasına kömək edir.

Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olmaq da lazımdır. Gün ərzində nanəli konfetlərdən istifadə etmək ağızda yaranan pis qoxunun qarşısını alır.

Bəzi xəstələr qarqara və nanəli şəkər ilə ağız qoxusunu tam həll edə bilmirlər. Qarqara təsiri keçdiyində ağızdakı qoxu davam edir.

Ağızdan gələn pis qoxunun necə qarşısını alaq?

1) Diş və diş ətlərini qorumalı;
Diş çürükləri, diş əti iltihabları ağız qoxusunun ən önəmli səbəblərindəndir. Ağız daxilində hər hansı infeksiya bakteriya artırdığı üçün daima ağız qoxusuna səbəb olur. Bunun üçün də diş və diş əti xəstəliklərini aradan qaldırmaq lazımdır.

2)Ağızda olan protezləri daim yoxlatmalı;
Ağız daxilində köhnəlmiş diş protezləri get-gedə qida maddələrini özündə toplayır və bu da pis qoxuya səbəb olur. Belə olduqda təzələnməsi lazım olan şeylər təzələnməli və diş olmayan yerlər isə lazimi müalicə olunmalıdır. 

3) Diş ipi istifadə etməli;
Diş ipi sayəsində fırçanın çıxara bilmədiyi bakteriyalar və qida qalıqlarını dişlərin arasından çıxarmaq olar. Xüsusilə, diş gövdələri arasındakı sıx yerlərdə toplanan qida qalıqları sürətlə bakteriyanın çoxalmasına səbəb olur. 

4) Darçın istifadə etməli;
İçdiyimiz və yediyimiz şeylərdə uyğun olaraq darçın istifadə edə bilərik. Darçın ağız boşluğunda olan bakteriyalarla mübarizədə önəmli rol oynaya bilən ədviyyatdır. Darçınlı, şəkərsiz saqqız istifadə etmək də xeyirli ola bilər.

5) Daha çox su içməli;
Su ağız boşluğundakı bakteriyaların minimuma endirilməsinə kömək edir. 

6) Heç vaxt burnunuz tutulu yatmamalı;
Burun tutulması ağızla nəfəs almamıza səbəb olur. Bu hal ağız və boğazımızı qurudaraq bakteriyalar üçün ideal şərait yaradır. 

7) Şəkər istifadəsini azaltmalı;
Həddən artıq şəkər istifadə etmək diş çürüklərinə və ağız xəstəliklərinə səbəb olur. 

8) Loxmaları yaxşı çeynəməli;
Belə etdikdə ağız suyu ilə qida normal qarışır və ağızda qida qalığının qalmasının qarşısını alır.

9) Saqqız çeynəməli;
Şəkərsiz saqqız çeynəmək ağız boşluğunda ağız suyunu çoxaldaraq, ağız təmizliyinə səbəb olur.

10) Siqaret çəkməməli;
Siqaret çəkmək ağızın quruluğuna səbəb olduğundan ağız qoxusuna səbəb olur. Eyni zamanda digər bir ağız qoxusuna səbəb olan diş əti xəstəliklərinə zəmin yaradır.




loading...
Müəllif: Nermine Mahmudova  5-09-2016, 08:53   Baxılıb: 1 637   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...