Qeydiyyat    Giriş
Sayta giriş
» » BU MÖHTƏŞƏM, İZLƏNMƏ REKORDLARI QIRAN RESEPTİN KÖMƏYİ İLƏ QARINDAKI KÖPDƏN 60 SANIYƏDƏ XILAS OLUN! RESEPT+VİDEO
Çàãðóçêà...
Sağlam ailə

BU MÖHTƏŞƏM, İZLƏNMƏ REKORDLARI QIRAN RESEPTİN KÖMƏYİ İLƏ QARINDAKI KÖPDƏN 60 SANIYƏDƏ XILAS OLUN! RESEPT+VİDEO



 

 BU MÖHTƏŞƏM, İZLƏNMƏ REKORDLARI QIRAN RESEPTİN KÖMƏYİ İLƏ QARINDAKI KÖPDƏN 60 SANIYƏDƏ XILAS OLUN! RESEPT+VİDEO

 Qarın köpü bütün yaşlı insanlar arasında  daha çox yayılan problemdir.

 

 Bu diskomfort hissi doğurur və köpməni tez-tez köklüklə səhv salırlar.

 

Bu problemdən azad olmaq üçün bir çox üsullar var, amma Məşhur diyetoloq Sintiya Сассının məşhur resepti qısa müddətdə köpdən xilas olmaqda sizə kömək edəcək.

 
Saqlamheyat.az Xarici satylara istinadən, Sassi suyunun hazırlanma qaydasını təqdim edir:

Dünya şöhrətli dietoloq olan Sintia Sassın şərəfinə belə adlanan su, arıqlamaq istəyən, qarın nahiyəsində problemləri olan, eləcə də orqanizmini yaxşılaşdırmaq istəyənlər üçün olduqca faydalıdır.

İnqredientlər:

Suyu tökmək üçün qab;

Orta ölçülü limon və xiyar;

Zəncəfil kökü;

Nanə;

Təmiz su.


Hazırlanması:

Addım 1.

Sassi suyunu axşamdan hazırlamaq daha yaxşı olardı. Belə ki, su soyumalı və tərkibindəki ərzaqlar öz faydalı maddələrini suya çıxarmalıdırlar. İlk növbədə, limon, xiyar, zəncəfil və nanə yaxşı yuyulur (limon və xiyarın qabığı soyulmadığı üçün təmiz yuyulmaları vacibdir).

Addım 2.

Limon və xiyar nazik halqalar şəklində doğranır. Zəncəfil kökündən 1-2 sm uzunluğunda hissəsini kəsib qabığını soymaq və rəndələmək lazımdır. Sonda alınan zəncəfil 1 çay qaşığı qədər (təpəciklə) olmalıdır. 10-15 yarpaq nanə götürmək kifayətdir.

Addım 3.

Hazırlanmış inqredientləri 2 litr həcmi olan qaba boşaldırıq. Üzərinə 2 litr təmiz filtrlənmiş su töküb soyuducuda bir gecə qalmalıdır.

Addım 4.

Hazırlanmış 2 litr məhlulun hamısı gün ərzində içilməlidir. Səhər acqarnına 1 stəkan Sessi suyu içmək lazımdır. Zəncəfil bağırsaqların işini yaxşılaşdırır. Sassi suyu şişkinliyi yatırır, bədəndə olan toksinləri çıxarır, mədə-bağırsaq sistemini qaydaya salır.
 



loading...
Müəllif: Nermine Mahmudova  2-09-2016, 09:48   Baxılıb: 18 807   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...