Qeydiyyat    Giriş
Sayta giriş
» » Diabetin qarşısını alan "zəncirotu" möcüzəsi!
Sağlam ailə / Şəkərli diabet

Diabetin qarşısını alan "zəncirotu" möcüzəsi!



 

 
 
Diabetin qarşısını alan "zəncirotu" möcüzəsi! 

 Hər bitki bir xəstəliyi müalicə etmək üçün bitər.

 

Zəncirotu və ya acıqovuq (lat. Taraxacum) - mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsidir.Çiçəyi qızılı-sarı, ikicinsiyyətli, meyvəsi toxumçadır. Köklərində süd şirəsi, yarpaq və çiçəklərində S, B2 vitaminləri, karotin var. Antarktidadan başqa bütün qitələrdə təsadüf edilir. Azərbaycanda 13 növü bitir. Bəzi növlərinin kökündə kauçuk var.Dərman zəncirotundan təbabətdə istifadə olunur. Qurudulmuş kökləri iştahasızlığı, qəbizliyi aradan qaldırır və ödqovucu dərman kimi işlədilir. Köklərindən alınan qatı cövhərdən həb hazırlanır.

 Dünyada təxminən 415 milyon diabet xəstəsi var və bu rəqəm proqnozlara görə getdikcə artır. Bu səbəblə diabet başlanğıcındakı insanlar üçün tədbir görmək son dərəcə mühümdür.
 Dünya miqyasında təxminən 415 milyon diabetxəstəsi olduğu və bu rəqəmin gələcək illərdə əhəmiyyətli dərəcədə artacağı ehtimal edilir. Bu səbəblə prediyabetik mərhələdəki və diabet başlanğıcındakı insanlar üçün açılan tədbir strategiyaları  çox əhəmiyyətlidir.
 
 İngilis elm adamları tərəfindən aparılan araşdırmaya görə, zəncirotu kökü lifi Orafti®synergy1in (oligofruktozla zənginləşdirilmiş inulin), diabet riskini azaltmaqda üç mühüm təsirə malik.
 
 İştaha nəzarət etmək olduqca çətindir
 

 
SaqlamHeyat.az Türk mətbuatına istinadən xəbər verir ki, kilo vermə hədəfli qidalanma və həyat tərzi dəyişiklikləri təsirli olmaqla yanaşı, uzun perspektivdə davam etdirilməsi, iştaha nəzarət edə və qida qəbulunu tarazlaşdırma baxımından olduqca çətindir.
 
 Bu düşüncələrdən yola çıxan Professor Qari Frost və Imperial College London qrupunun apardığı araşdırma, BENEONUN zəncirotu kökü lifi Orafti®synergy1in (oligofruktozla zənginləşdirilmiş inulin), diabet riskini azaltmaqda üç mühüm təsirini ortaya qoydu.
 
 Enerji qəbulunu azaldır
 
 Aparılan iki ayrı araşdırma, Orafti®synergy1in prediyabetik insanlarda enerji alışını azaldıb kilo itkisini dəstəkləməklə yanaşı, prediyabetik yaşlıların qaraciyər və əzələ toxumalarında olan yağı azaltdığını və sonra insulin ifrazatlarını artırdığını sübut etdi.
 Həmçinin nəticələr,  zəncirotu kökü liflərinin, xüsusilə diabet riski altındakı insanlar üzərində bənzərsiz metabolik təsirlərə malik olduğunu göstərir.
 
 Hər iki qrup da ilk 9 həftəlik kilo itkisi dövründə (nizamlı qidalanma nəzarəti ilə) təxminən öz bədən ağırlıqlarının%5ini itirdi.
 
 Amma Orafti®synergy1 sərf edən qrup, təqib edən 9 (və qidalanma nəzarəti dəstəyi verilməyən) həftəlik kilo qoruma dövründə daha çox kilo itkisi göstərdi. Bunun səbəbinin, qida qəbulunda müşahidə olunan ciddi azalma ola biləcəyi qeyd olunub.
 
 9 həftəlik Orafti®synergy1 möhkəmlətməsinin sonra iştirakçılar, ad libitum yemək testində təxminən 270 kcal daha az sərf edib.
 
Diabetin qarşısını alır
 
 İlk dəfə normal Orafti®synergy1 möhkəmlətməsinin, prediyabetik təbəqədə ənənəvi kalori məhdudlaşdırmalı həyat tərzini dəstəkləyərək kilo itkisini artırdığını sübut etdi.
 
 Zəncirotu kökü lifi ilə arıqlama
 
 BENEO, Hüquqi Aktlar və Qidalanma Rabitə Sədr Müavini Anke Sentko, araşdırmalarla bağlı bu açıqlamanı verdi:
 
 "Əldə edilən bu nəticələr prediyabetikler üçün olduqca həyəcan vericidir. Zəncirotu kökü liflərinin insanların təbii olaraq daha az kalori verdiyini bilirik.
 Əldə edilən bu yeni nəticələr Orafti®synergy1in, şəkəri alma strategiyalarında möhtəşəm potensialını vurğulayaraq, onu yalnız kilo itkisini dəstəkləyir bir məhsul olmaqdan da çıxarır. Zəncirotu kökü lifi, yüngül şirin dadı, asanlıqla insanların gündəlik bəslənmə vərdişlərindən biri halına gələ bilər".
 


loading...
Müəllif: narmin  31-08-2016, 15:09   Baxılıb: 2 793   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.