Qeydiyyat    Giriş
Sayta giriş
» » Bildiyimiz çuğundurun bilmədiyimiz fadaları- RESEPT.Bu məqalədən sonra artıq çuğundura başqa gözlə baxacaqsınız!
Sağlam ailə / Xalq təbabəti

Bildiyimiz çuğundurun bilmədiyimiz fadaları- RESEPT.Bu məqalədən sonra artıq çuğundura başqa gözlə baxacaqsınız!



 

 
 
Bildiyimiz çuğundurun bilmədiyimiz fadaları.Bu məqalədən sonra artıq çuğundura başqa gözlə baxacaqsınız!

 SaqlamHeyat.az öz xüsusi araşdırmalarına görə bildir ki, tərkibində mineral duzlar,  vitaminlər, üzvi turşular və zülalları parçalayan maddələr olan çuğundur insan orqanizmi üçün çox faydalıdır. Çuğundurun faydalarını saymaqla bitməz. Bu tərəvəz həzmi yaxşılaşdırır, mikrobları öldürür, ürəyin işini tənzimləyir, trombların yaranmasının qarşısını alır. Tərkibindəki maqnezium sayəsində təzyiqin aşağı salınmasına kömək edir. Qalxanabənzər vəzin xəstəliklərində faydalıdır. Tərkibi yodla zəngin olduğu üçün zobdan əziyyət çəkənlər üçün əvəzolunmaz dərmandır. 

Çuğundurun tərkibi antioksidantlarla zəngindir, qırmızı çuğundura rəngini verən piqmentlər xərçəngə qarşı mübarizədə təsirlidir. A, B, C və P vitaminləri ilə zəngin olan bu tərəvəz qanazlığının dərmanıdır. Qanazlığından əziyyət çəkənlər bu tərəvəzi gündəlik menyularına daxil etməlidirlər. Salatlarda istifadə etmək çox yararlıdır. Bəzi ölkələrdə onu "qan meyvəsi” adlandırırlar. Bu da səbəbsiz deyil. Kök şirəsi ilə qarışdırılan çuğundur şirəsi qırmızı qan hüceyrələrinin sayını qısa zamanda çoxaldır. 

Çuğundur eyni zamanda fosfor, dəmir, mis, maqnezium, kalsium, brom, sink və manqanla zəngin olub, immun sistemini gücləndirir. Xüsusilə, soyuq qış aylarında qırmızı çuğundurla qidalanmaq orqanizmin müqavimətini artırır. Çuğundur şirəsi təzyiqə qarşı da təsirlidir. Bir stəkan çuğundur şirəsi təzyiqi aşağı salır. Müntəzəm olaraq  bu tərəvəzdən istifadə edən insanların təzyiqi nizamlanır.
 
Bu dəfə ki, yazımızda sizə çuğundurun faydaları haqqında məlumat vermək istərdik.
 
 
1.Çuğundur tam bir qaraciyər və damar dostudur.

2. Eyni zamanda sədəf və egzama xəstəliklərinə yaxşı təsir edir.

3.Bir stəkanı yüksək təzyiqə qarşı təsirlidir.

4.Çuğundur saç tökülməsinin qarşısını alır.

5. Damarları qoruyaraq, detoks proqramı çərçivəsində qaraciyəri işlətmək mövzusunda təsirlidir.

6. Qurd xəstəlikləri ilə əlaqədar yaranmış qaşıntının qarşısını alır.

7. Çuğundur A, B, C və P vitaminlərindən zəngindir. İştah açan, bəsləyici xüsusiyyəti vardır.

8. Çuğundur həzmi asanlaşdırır, qəbizliyi yox edər, mədə ağrısı və qıcqırma kimi problemlərini yox edər.

9. Çuğundurda çox əhəmiyyətli, xərçəng önləyici antioksidanlar var.

10. Qış aylarında çuğundurun istehlakı, bədənin müqavimətini artırır.
 
P.S. Qan azlığından əziyyət çəkənlərə belə bir resept vermək istəyirəm.
 

 
Qanazlığına qısa müddətdə kömək edən resept:
Çuğunduru təmiz yuyandan sonra soyuruq (soyduqdan sonra yumaq olmaz).İncə-incə doğradığımız çuğunduru əvvəlcədən yuduğumuz bir şüşə qaba lay -lay çuğundur,şəkər tozu əlavə edirik. Qabımız tam dolana kimi...Qapağını bağlayıb sərin yerdə saxlayırıq. 5-6 saata kimi suyunu buraxdığının şahidi olacaqsınız. Həmin suyu süzüb içirik. Prosedur 1 ay davam edir. 1 ay fasilə verdikdək sonra, yenidən təkrarlamaq olar.
Faydasını gördüyüm üçün sizinlə də bölüşmək istədim.
 


loading...
Müəllif: narmin  2-10-2016, 07:00   Baxılıb: 4 993   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.