Qeydiyyat    Giriş
Sayta giriş
» » Hamiləlik zamanı parasetamolun qəbulu uşaqlarda hiperaktivliyə səbəb ola bilər
loading...
Sağlam ailə / Hamiləlik

Hamiləlik zamanı parasetamolun qəbulu uşaqlarda hiperaktivliyə səbəb ola bilər



 

 

Böyük Britaniyada aparılmış yeni araşdırma göstərib ki, hamiləlik zamanı parasetamolun (panadol, taylenol, koldreks və s. populyar dərmanların tərkibinə daxildir) qəbulu gələcəkdə uşaqlarda davranış problemlərinə, məsələn, hiperaktivliyə səbəb ola bilər.

Alimlərin fikirinə görə, bunun səbəbi parasetamolun və bir çox allergiya, qripp, soyuqdəymə, yuxusuzluq dərmanların tərkibinə daxil olan "asetaminofen" maddəsidir.

Elmi araşdırmanın nəticələri JAMA Pediatrics-də dərc olunub.

Bundan əvvəl Norvegiya alimləri tərəfindən aparılmış araşdırmalar göstərib ki, hamiləlik zamanı parasetamolun qəbulu gələcəkdə uşaqlarda astma xəstəliyinin inkişafının riskini artırır.

Alimlərin fikirinə görə, hamiləlik zamanı ziyansız sayılan və bütün dünyada hamilə qadınlar arasında ən populyar olan parasetamolun qəbuluna daha diqqətlə yanaşmaq lazımdır. Alimlər bu preparatı yalnız həkimlə məsləhətləşdikdən sonra və buna ciddi göstərişlər olduğu halda qəbul etməyi tövsiyə edirlər.

loading...


Muəllif: narmin  22-08-2016, 13:01   Baxılıb: 1 476   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.