Qeydiyyat    Giriş
Sayta giriş
» » Çayı bu məhsullarla əsla içməyəcəm! Bu barədə əvvəllər heç eşitməmişdim...
Sağlam ailə / Dünya xəbərləri

Çayı bu məhsullarla əsla içməyəcəm! Bu barədə əvvəllər heç eşitməmişdim...



 
 

ÇAYI BU ƏRZAQLARLA İÇMƏYİN!


Əslində bu yazı bütün çay sevərlər üçün maraqlı olmalıdır. SaqlamHeyat.az bildirir ki,  xüsusilə də bizim xalq çay içməyi çox sevir. Amma hər şey qədərində olmalı və düzgün içilməlidir. Hətta ən faydalı saydığımız yaşıl çay belə düzgün içilməyəndə müəyyən fəsadlar verə bilər.


Çayı hədsiz qaynar içmək doğru deyil! Qaynar çay içmək birinci növbədə boğaza, sonra isə mədə-bağırsaq sisteminə güclü zərər vurur.


Qaynar çayı heç vaxt balla içməyin – bunu hər zaman qeyd ediblər, bu dəfə də biz demək istəyirik ki, bal qaynar suya və ya çaya düşən zaman bütün faydalı xüsusiyyətlərini itirir, hətta orqanizm üçün zərərli olur. Balın tərkibindəki fruktozanın qaynar suda yanması mədə-bağırsaq şişlərinin yaranmasına yol aça bilər.


Südlə çayı çoxumuz faydalı bilirik, sən demə, hər iki içki ayrı-ayrılıqda daha faydalı imiş... Çünki süd çayın tərkibində olan katexinovun miqdarını azaldır. Halbuki çay özlüyündə katexinovla zəngindir, bu maddə isə xərçənglə müarizə aparır.


Şirin çayın orqanizmə elə də faydası yoxdur. Ümumiyyətlə, yaxşı olar ki, çayı tərkibinə heç nə qatmadan içəsiniz, bu zaman o çox şəfaverici olar. Dietoloqlar çaya şəkər qatmağın, onu şirniyyatla içməyin tərəfdarı deyillər, ən azından artıq çəki yaratması səbəbindən...


Çaya limon atmağa dəyməz! Bəli, bəli... indiyə kimi stəkanımıza bir dilim limon atmağın faydalı olduğunu bilirdik, amma limonla çay nəinki faydalıdır, hətta həzmlə bağlı problemi olanlara zərər də verə bilər.


Və ən əsası... heç vaxt alkoqol qəbulundan sonra çay içməyin. Loru dildə desək, bu lap "böyrəklərin atasını yandırır”... Çayın tərkibində teoflin adlı maddə vardır ki, o böyrəklərə sidiyin yığılmasını stimullaşdırır. Alkololla çayın tərkibi kəskin fərqləndiyi üçün bu hal tez-tez baş verərsə, böyrəklərdə iltihab və müxtəlif xəstəliklər yarana bilər.

 



Müəllif: Nermine Mahmudova  21-01-2018, 15:40   Baxılıb: 14 400   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.