Qeydiyyat    Giriş
Sayta giriş
» » Ət xallardan (papillomalardan) 5 gündə xilas olun!: Asan. ucuz və ağrısız!
Sağlam ailə

Ət xallardan (papillomalardan) 5 gündə xilas olun!: Asan. ucuz və ağrısız!

Загрузка...


 

 

 

 

 

Ət xalları (papillomalar) əsasən 35-40 yaşından sonra əmələ gəlir. Cavan insanlarda və uşaqlarda ət xallarına çox nadir hallarda təsadüf edilir.

Ət xalları dərinin müxtəlif yerlərində, xüsusilə boyunda, qöz qapaqlarının üzərində, qasıq və qoltuğaltı nahiyəsində, qadınlarda süd vəzilərinin altında inkişaf edir. Ət xalları adətən müxtəlif səbəblərə görə  immun sisteminin zəiflənməsi fonunda (stress, hər hansı xəstəlik, qadınlarda hamiləlik və klimaks dövrü, yaşla bağlı) əmələ gəlirlər.

Bu kiçik şişlərin yeganə əmələ gəlmə səbəbi insan papilloması virusudur (İPV). Bu virus insanların arasında herpes virusundan sonra ən yayımış virus sayılır. Belə hesab olunur ki, insanların təxminən 70%-i bu virusa yoluxur. Virus cinsi və məişət yolu ilə keçir.

Təəssüf ki, orqanizmə düşdükdən sonra virus burada həmişəlik qalır. Hal hazırda bu virusu tam müalicə edən tibbi vasitələr yoxdur. Virus əleyhinə və immuniteti möhkəmləndirən preparatların köməyi ilə yalnız bu virusun aktivliyini azaltmaq mümkündür.

Bu xallardan xalq təbabəti ilə qurtulmaq mümkündür.

 

Resept olduqca asandır. Qadin.az Xarici mətbuata istinadən bildirir ki, sizə lazım olan alma sirkəsi və bir neçə tibbi yapışqandır, xalların sayından asılı olaraq. Ləvazimatları hazırlayıb əməliyyata başlaya bilərik.

2-3 damcı alma sirkəsini yapışqana damcıladaq və həmin yapışqanı ət xalın üzərinə qoyaq. Bu proseduru 5 gün, səhər tezdən və yatmazdan əvvəl etmək lazımdır.

Heç bir çapıq, iz qoymadan ət xalın 5-ci günün sonunda yox olması sizi valeh edəcək. 

 



Loading...
Müəllif: narmin  11-08-2016, 09:26   Baxılıb: 64 054   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
loading...
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.