Qeydiyyat    Giriş
Sayta giriş
» » Pərpətöyün bitkisinin fantastik faydaları: gözəlləşdırır və bütün xəstəlikləri sağaldır
Sağlam ailə / Xalq təbabəti

Pərpətöyün bitkisinin fantastik faydaları: gözəlləşdırır və bütün xəstəlikləri sağaldır



 

 
 Əgər siz sizin həyətdə görəcəksiniz bu bitki, heç bir halda onu məhv etməyin! Bax, niyə!
 
 Sizin çoxunuz, yəqin ki,  pərpətöyün bitkisini faydasız alaq otu hesab edir, Saqlamheyat.az xarici mətbuata istinadən onun çoxsaylı faydalarını sizinlə bölüşəcək. 
 
 Mətbəxdə tətbiqi
 
Qida vasitəsi kimi gənc zoğlarından və yarpaqlarından istifadə olunur.salatlar, buterbodlar, yeməklər hazırlaya bilərsiniz.  Pərpətöyün mülayim yandırıcı və turşməzə dada malikdir. Daha yetkin köklərini marinə edirlər. Qayğanağa və digər tərəvəz salatlarına əlavə edildikdə gözəl dad verir.
 
Müalicəvi xüsusiyyətləri
 
Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, turşular, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Müasir tibbdə pərpətöyündən qara ciyər xəstəliklərində (iltihabında), ödlə bağlı olan qusmalar zamanı istifadə edirlər. Dərman vasitəsi kimi təzə otları və toxumları faydalıdır. Pərpətöyünün tərkibində hormonabənzər maddə - noradrenalin var ki, bu maddə mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların dişləməsi zamanı antioksid maddə, qaraciyər və böyrək xəstəliklərində isə sidikqovucu kimi istifadə olunur. Pərpətöyünün cövhəri ilə ağız yaxalamaq damaq iltihabına səmərəlidir. Bir çox ölkələrdə pərpətöyündən parazit əleyhinə vasitə kimi istifadə edirlər. Pərpətöyünün ən mühüm xüsusiyyətlərindən biri də salmonella və dizenteriya törədici mikroblara qarşı antibakterial təsiridir.
 
İrinli yaraların müalicəsində təmiz yuyulmuş pərpərəni kompres şəklində yaranın üzərinə qoymaq lazımdır. Onun bu xüsusiyyəti tibb məntəqələrindən uzaqda olan turistlər üçün xüsusilə qiymətlidir.
 
Pərpətöyündən gözəllik üçün də istifadə olunur. Ondan hazırlanan maska dərini cavanlaşdırır, qırışların daha az nəzərə çarpmasını təmin edir.
loading...


loading...
Muəllif: narmin  22-06-2019, 14:06   Baxılıb: 894   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.