Qeydiyyat    Giriş
Sayta giriş
» » Azərbaycanda uşaq ölümünün sayı artıb
Sağlam ailə / Ölkə xəbərləri

Azərbaycanda uşaq ölümünün sayı artıb



Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı artıb. Əgər 2010-cü ildə bu rəqəm 1843 idisə bu il həmin göstərici 2033 olub.

Ölüm hallarının çox olması bir sıra səbəblərlə əlaqələndirilir. Bu səbəblər arasında tənəffüs sistemi xəstəliklərindən ölüm birinci yerdə dayanır.

Ötən il 221 nəfər uşaq bu xəstəliklərdən dünyasını dəyişib. Statistik məlumatlara görə, ölən körpələrin çoxu oğlan uşaqlarıdır.

2014-cü ildə ölən 1 yaşadək oğlan uşaqlarının sayı azalaraq 976-a (həmin ildə ölən 1 yaşadək uşaqların ümumi sayı 1655 olub) ensə də, 2015-ci ildə ölən oğlan uşaqlarının sayı (1 220) yenidən artıb.

Ölkənin baş pediatoru Nəsib Quliyev bu rəqəmlərin həqiqətə uyğun olmadığını deyib.

O, bəzi hallarda şişirtmələrə yol verildiyini iddia edir.  Baş pediator bunu doğumun sayının artması ilə əlaqələndirərək bildirib ki, buna mütənasib olaraq ölüm hallarının artması normaldır.

Baş pediatrın sözlərinə görə, 2015-ci ilin yanvarından etibarən Azərbaycan "diri doğulmanın" yeni meyarına keçib.

"Təbii ki, burda da ölüm faizi çox yüksəkdir. Dünyanın bütün ölkələrində diri doğulmanın yeni meyarlarına keçilirsə, o zaman ölüm göstəricisində yüksəlmə müşahidə olunur, hələ Azərbaycanda çox az yüksəlib" - deyə pediator bildirib.

Anspress.com



loading...
Müəllif: narmin  17-07-2016, 09:00   Baxılıb: 892   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.