Qeydiyyat    Giriş
Sayta giriş
» » Hamiləlik zamanı vitaminlərin qəbulu mənasızdır. Yeni araşdırma
loading...
Sağlam ailə / Hamiləlik

Hamiləlik zamanı vitaminlərin qəbulu mənasızdır. Yeni araşdırma



İngitərə Kral mama kolleci alimlərinin fikrinə görə hamiləlik zamanı multivitamin komplekslərinin qəbulu mənasız pul itkisidir. Bu məlumatı BBC informasiya agentliyi yayıb.

Onların fikrinə görə, əksər qadınlara hamiləlik zamanı süni vitaminlər tələb olunmur ki, bütün lazım olan vitamin və mineralları qadınlar qidadan ala bilir. Tədqiqatçılar araşdırıblar ki, vitaminlərin qəbulu ziyan verməsə də əksər hallarda anaların və körpələrin sağlamlığına heç bir müsbət təsir etmir. Onların fikrinə görə hamilə qadın sadəcə sağlam, çeşidli və tamdəyərli qidaları qəbul etməlidir. Rasionda ət, süd məhsulları, meyvə-tərəvəz, yarmalar və s. olmalıdır.

Lakin alimlər vurğulayırlar ki, fol turşusu və D vitamininin qəbulu hamiləlik zamanı çox vacibdir. Fol turşusu körpədə çox ciddi qüsurların inkişafının riskini azaldır, D vitamini isə həm ananın, həm də körpənin sümüklərini möhkəmləndirmək üçün lazımdır.


loading...


Muəllif: narmin  16-07-2016, 11:00   Baxılıb: 1 308   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.