Qeydiyyat    Giriş
Sayta giriş
» » Köpüklü ayranı evdə hazırla
Sağlam ailə / Sağlam qidalanma

Köpüklü ayranı evdə hazırla



 

Köpüklü ayranı evdə hazırla – çöldəkindən də dadlı! Köpüklü ayranı evdə hazırla – çöldəkindən də dadlı! Əşşi, ayran hazırlamağa nə var ki” deyirsinizsə, o zaman bəs niyə bəzi ayranlar daha dadlı, bəziləri isə dadsız alınır. Demək ki, burada da bir sirr var!
Sadə köpüklü ayran Ərzaqlar: ( 2 stəkan üçün)
Qatıq – 4 x.q.
Su – 2 st.
Süd – 2 x.q.
Hazırlanması:
Əvvəlcə qatığı blenderdə yaxşıca çalırsınız. Sonra üzərinə suyu və südü əlavə edirsiz, zövqə görə duz vurursunuz və köpüklənənə kimi çalırsınız.
Təzə nanəli ayran. Ərzaqlar:
Qatıq – 2 st.
Soyuq su – 4 st.
Təzə nanə - 3 saplaq
Duz – zövqə görə
Hazırlanması:
Təzə nanələri yaxşıca yuyuruq və xırda-xırda doğrayırıq. Bir qaba qatıq və soyuq suyu tökürük, blenderdə yaxşıca çalırıq. İçinə nanə və duzu tökürük, köpük halına gələnə kimi çırpırıq.
Dadlı ayran Ərzaqlar:
Qatıq – 2 st.
Süd – 1 st.
Su – 1,5 st.
Duz – 1 x.q.
Hazırlanması:
Qatığı mikser və ya blenderdə iri bir qabda çalın. Südü yavaş-yavaş tökərək, qatıqla qarışdırırsınız. Xeyli çaldıqdan sonra suyu əlavə edirsiniz. Sonda duzu da əlavə edib sərin halda masaya verirsiniz.
Nuş olsun! 


loading...


loading...
Muəllif: narmin  13-07-2016, 08:00   Baxılıb: 1 288   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.