Qeydiyyat    Giriş
Sayta giriş
» » Övlad sahibi olmaqdan qorxanlar
Sağlam ailə

Övlad sahibi olmaqdan qorxanlar



 
 
Qurani-Kərimin nəzərinə görə, övlad - Allahın ən gözəl nemətlərindəndir. "Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi". ("Nəhl" 72).

Quran övladını öldürməyi ən böyük günahlardan hesab edir və buyurur: "Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək -  böyük günahdır". ("İsra" 31).

Həzrət Peyğəmbər (s) buyurur: "Məgər bilmirsiniz ki, mən Qiyamət günü başqa ümmətlərə hətta siqt olmuş körpəyə görə belə fəxr edəcəyəm. O, davamlı olaraq behiştdə dayanar və (oranın) sakinidir. İftixarla qarnını qabağa verər və əlini belinə qoyar. Bu halda Allah Təala ona buyurar: "Behiştə daxil ol!". O, cavab verər: "Atam və anam məndən əvvəl daxil olmadan daxil olmayacağam". Bu halda Allah Təala mələyinə buyurar: "Ata və anasını Mənim yanıma gətir". Allah əmr edər ki, o iki nəfər behiştə daxil olsunlar. Allah siqt olmuş körpəyə buyurar: "Bu, Mənim sənə qarşı olan çoxlu fəzl və rəhmətimə görədir"". (Tebyan)

Həzrət Peyğəmbər (s) bir kişiyə buyurur: "Çirkin üzlü qadın ki, övlad sahibi ola bilər, onunla evlən. O gözəl qadın ki, övlad sahibi ola bilmir, (onunla) evlənmə. Çünki mən Qiyamət günü siz ümmətimlə fəxr edəcəyəm. Məgər bilmirsən ki, övladlar ərşin altında Allahdan atalarına görə bağışlanma istəyərlər".

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Sizlərin ən yaxşı qadınlarınız o kəslərdir ki, çoxlu uşaq dünyaya gətirər, ərini çox sevər və iffətli olar".
Beləliklə bu hədislərdən belə nəticə çıxartmaq olar ki, İslam dini ailədə uşaqların sayının çox olmasını istəyir. Ona görə də hər bir müsəlman cavan evlənməzdən əvvəl kiminlə ailə qurduğuna diqqət etməlidir. Dinimizin nəzərinə görə, övladı tərbiyə etməyin keyfiyyəti mühüm olduğu kimi, kəmiyyəti də mühümdür. Əgər ailədə uşaqların sayı çox olarsa, ata və ana ailəsini heç bir zaman dağıtmaz və həyatın çətinlikləri onu rahat büdrədə bilməz. Bir müsəlman kimi bu mövzuya diqqət etmək lazımdır.

Deyerler.org


loading...
Müəllif: Nermine Mahmudova  26-06-2016, 13:00   Baxılıb: 696   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.