Qeydiyyat    Giriş
Sayta giriş
» » Bu rəng siqaretdən xilas edəcək
Sağlam ailə

Bu rəng siqaretdən xilas edəcək



 
 
Təcrübələrdə iştirak edənlər bu rəngi müxtəlif epitetlərlə təsvir ediblər.

Avstraliyalı alimlər dünyanın ən pis rəngini müəyyən ediblər. Ekspertlər komandasının müxtəlif rənglərə insanların verdiyi reaksiyaları tədqiq edərək müəyyən ediblər ki, insanlarda ən ikrah hissi doğuran rəng Pantone 448C adlanan rəngdir. Bu kod adla təqdim edilən rəng bulanıq yaşıl rəngdir.

Təcrübələrdə iştirak edənlər bu rəngi müxtəlif epitetlərlə təsvir ediblər. Əksəriyyət isə ilk təəssüratını "qətran", "çirkli", "ölüm" kimi sözlərlə ifadə edib.

Alimlərin bu sınağı həyata keçirməkdə məqsədi siqaret çəkənlərin sayını azaltmaqdır. Onlar siqaret qutularının üzərini məhz insanlarda mənfi hisslər oyadan bir rənglə qablaşdırmaq niyyətindədirlər.

Təcrübələrdə mindən çox siqaret aludəçisi olan insan iştirak edib. Alimlər 3 ayda 7 təcrübə həyata keçirib. Eləcə də qablaşdırma rəngi bu rəng olan siqaretlərin nəticəsi müsbət olub. Böyük Britaniya, İrlandiya və Fransada bulanıq yaşıl rəng qutuları olan siqaretlər qabalaşdırılmağa başlayacaq.

Rəng standartlarının seçilməsi XX əsrin ortalarında Pantone Amerikan firması tərəfindən işlənib hazırlanıb.

Anspress.com
loading...


loading...
Muəllif: narmin  20-06-2016, 09:00   Baxılıb: 1 210   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.