AZ AZ (az) RU RU (ru)
Qeydiyyat    Giriş
Sayta giriş
» » Baş ağrısından əziyyət çəkənlər üçün 5 təbii üsul
Sağlam ailə

Baş ağrısından əziyyət çəkənlər üçün 5 təbii üsul



Baş ağrısından əziyyət çəkənlər üçün 5 təbii üsul

 

Baş ağrısının başlıca səbəbi tıxanmış beyin qan damarlarıdır. Tıxanma zamanı isə beyin daimi təmizliyə ehtiyac duyur Damarların artıq xolesteroldan təmizlənməsi üçün sadəcə qidalanma proqramınıza bəzi qidaları əlavə etməniz kifayətdir.

Aile.lent.az mütəmadi olaraq baş ağrısından əziyyət çəkənlərə faydalı olacaq qarışımları təqdim edir. Bu qarışımlar sadəcə baş ağrısına faydalı olmaqla yanaşı, üstəlik bədəni yeniləyir.

Balla qarışdırılmış qoz

Qozu blendrdən keçirin. Üzərinə bal əlavə edin. Qarışım qatı olmalıdır. İstəsəniz, bir az zəncəfil və darçın da əlavə edə bilərsiniz. Soyuducuda saxlayın. Hər gün yeməkdən əvvəl 1 xörək qaşığı yeyin.

Ballı soğan suyu

1 stəkan balı 1/3 stəkan soğan suyu ilə qarışdırın. Dadlı olmasa da, çox faydalı olan bu qarışımı soyuducuda saxlayın. 1 çay qaşığı gündə 3 dəfə qəbul edin. İmmuniteti də yüksəldir.

Nar, alma və kök şirəsi

Damarları çox yaxşı təmizləyir. Gün ərzində bir neçə dəfə yarım stəkan için.

Quru meyvələr və naringi

Sağlamlığı möhkəmləndirib, damarları təmizləyir.

Hər səhər yeməyinə yarım saat qalmış bir ədəd naringi, bir ovuc kişmiş və qoz yeyin. 15 dəqiqə sonra limon suyu için. 15 dəqiqə sonra səhər yeməyi yeyə bilərsiniz.

Bu qarışımlar sayəsində yaddaşınız güclənəcək, günün sonunda heç bir baş ağrısı, yorğunluq sizi narahat etməyəcək. 

 



Loading...
Müəllif: narmin  14-08-2016, 17:00   Baxılıb: 143   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.